Dünyanın sonu - var-dövlətin başlanğıcı...

15 NOYABR 2012 [02:00] - MİLLİ.AZ
Son günlər dekabr 21-də həyatın başa çatacağı ilə bağlı şayiələr artıb.
Cəmiyyətin isə buna münasibəti birmənalı deyil. Bir qisim insanlar buna inanaraq həyəcanlı günlər yaşayır, elektrik enerjisi ilə işləyən hər şeyin sıradan çıxacağına inanıb ləvazimat, ərzaq toplayır. Bir qism isə bunu, sadəcə, fərziyyə hesab edir, digər qrup isə “nə olursa olsun, itirəcək heç bir şeyim yoxdur” deyir. Bəs əslində bu şayiələrlə bağlı reallıq nədir?Bu, elmi əsası olmayan ara söhbətindən başqa bir şey deyil
AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Milli.Az-a bildirdi ki, nə dünyanın əvvəli, nə də dünyanın axırı deyil: “Dünyanın əvvəli və axırı böyük qalaktikada gedən proseslərlə müəyyən olunur. Yer kürəsində belə şey yoxdur. Günəşlə bizim aramızda o qədər gün tutulması, ay tutulması baş verir ki, bu problemli bir məsələ deyil. Ən maksimum bir neçə saat baş verəcək bir hadisədir. Yer üzündə həyatın yox olması fikri fərziyyədir. Dünyada çox az olub ki, saatlarla gün tutulması davam etsin. Bu dəqiqələrlə olan bir şeydir. Konkret olaraq bu, boş bir şeydir, cəfəngiyyatdır. Eləcə də bəziləri sosial gərginlik yaratmaq, insanları narahat etmək üçün bilmirlər nəyə əl atsınlar. Ümumiyyətlə, belə bir şey gözlənilmir”.
Direktorun sözlərinə görə, dünyanın axırı o deməkdir ki, hansısa böyük bir enerjili sistemdə narahatçılıq, yəni qeyri-tarazlıq halı olmalıdır: “Burada müəyyən bir proseslər, yer kürəsində partlayış, yaxud hansısa yerdə dağılma baş verə bilər. Lakin hazırda elə bir hadisə yoxdur. Qalaktikada da belə bir narahatçılıq törədəcək hadisə haqqında da astrofizika heç bir məlumat vermir. Ona görə də hesab edirəm ki, bu, elmi əsası olmayan ara söhbətindən başqa bir şey deyil. Qlobal çevrilməyə, dağılmaya malik olan enerji yalnız nüvədə və termonüvədədir. Bu, günəşdə gedən termonüvə prosesləridir. Günəşdə aktivlik daimi olaraq artıb-azalır. Tarix boyunca onun müəyyən periodu var, bu mənada yenilik deyil. Amma qlobal dəyişiklik barədə məlumat nə nüvə sahəsində, nə də radiasiya seli haqda yoxdu. Mən hesab edirəm ki, günəş və ay tutulması haqqında hər hansı informasiya varsa, bu, adi təbiət hadisəsidir. Hərəkət edən planetlərdir, bir-birinin ətrafında illər boyu tarazlıq halında hərəkət mövcuddur, burada qanunauyğunluq var. Ona görə narahatçılığa dəyməz”.
İnsanların sadəlöhvlüklərindən işbaz adamlar öz xeyirləri üçün istifadə edib, yaxşı gəlir götürüblər
Sosioloq Əhməd Abbasbəyli isə bildirdi ki, son illər dünyada bu tip sensasiya xarakterli məlumatlar mütəmadi olaraq, yayılır: “Buna misal olaraq, Çində əmələ gəlmiş pnevmoniya, quş qripi, donuz qripi və s. Ən son yenə bir xəstəlik barədə məlumatlar yayıldı, guya Pakistanda yeni virus əmələ gəlib ki, bu, birbaşa beyini zədələyir və insanı məhv edir. Lakin kifayət qədər rezonans doğurmadı. Artıq hiss olunur ki, insanlar bu tip şayiələrə bir o qədər də reaksiya vermirlər. Sonradan sübut olundu ki, bunlar hamısı bir fırıldaqçılıqdır”.
Sosioloq deyir ki, son dövrlər o qədər "öncəgörücülər", "peyğəmbərlər", falçılar və s. əmələ gəlib ki, "adamın tükləri biz-biz olur": “Normal, ağlı başında olanlar, psixi cəhətdən anormallara ciddi yanaşmaz. Etiraf etmək lazımdır ki, qeyri-adi qabiliyyətə, xüsusi istedada malik, necə deyərlər, vergi verilmiş insanlar olub və yəqin ki, indi də var. Digər tərəfdən dünyanın dağılması ilə bağlı məsələlər də mütəmadi olaraq gündəmə gəlir. Əvvəla axirət barədə müqəddəs kitablarda müəyyən işarələr var. Bundan da istifadə edərək insanların inamları, hissləri ilə oynayırlar. Amma müqəddəs kitablarda bunun şərtləri var və s.
Hesab edirəm ki, bu cür şayiələr daha çox reklam xarakteri daşıyır və daha çox iqtisadi maraqlar (əvvəlik hallarda olduğu kimi), bəzən siyasi məqsədlər kəsb edir”.
Sosioloqun fikrincə, savadlı, inanclı, Allahını, özünü tanıyan insanların bu cür qeyri-ciddi, elmi əsaslara söykənməyən şayiələr inanması, vahiməyə düşməsi düzgün deyil: "Hökm və qüdrət sahibi böyük Allahdır!"
Bir qrup insanların ərzaq toplamasına gəldikdə isə sosioloqun sözlərinə görə, "necə ki, digər şayiələr zamanı vaksinlər, dərmanlar, nə bilim maskalar satıb milyonlar qazanan müəyyən insanlar, nə üçün bu səs-küylə konserv, suxarı, şam və s. bu kimi bu günə kimi az satılan məhsullardan qazanc götürmək istəməsin? Tarix boyu insanların bu tip sadəlöhvlüklərindən işbaz adamlar öz xeyirləri üçün istifadə edib, yaxşı gəlir götürüblər".
Bu, əslində psixoloji bir bombadır
Psixoloq Taryel Faziloğlu isə bildirdi ki, son vaxtlar bu istiqamətdə səslənən fikirlər böyük bir yalandan başqa bir şey deyil: “Bu hadisələr elmi cəhətdən isbat olunmuş olsaydı, uzun illər bundan öncə problemə bağlı məsələlər ortaya çıxmalı idi. Bu, sadəcə qədim bir təqvimin bitməsi ilə bağlıdırsa, elmi sübutu yoxdursa, heç bu məsələyə baxmağa dəyməz.
O ki, qaldı dini baxımdan, “Qiyamət” Allahın əlindədir və onu heç 10, 20, 1 dəqiqə əvvəldə heç kəs deyə bilməz ki, bu baş verəcək. Bunun psixoloji baxımdan insanlara təsirinə gəldikdə isə təbii ki, insanlarda psixoz vəziyyət yaradır. İnsanların həddən artıq gərgin olmasına gətirib çıxarır ki, nəticə etibarilə stress, depressiya, bir çox psixoloji və sinir sistemini zədələyəcək xəstəliklərə səbəb olur. Bu da maddələr mübadiləsinin pozulması və bir çox xəstəliklərin artmasına gətirib çıxaracaq.
İnsanlara təsiri baxımından psixoloji, xəstəliklərə yol açması baxımından böyük zərərlər, onların həyata baxışı məsələsində böyük təsirlər göstərəcək. İnsanlar iş yerindən soyuyurlar, artıq gözləmə mövqeyinə keçirlər, heç bir şey etmədən, sadəcə, həmin günü, saatı, dəqiqəni gözləyirlər. Onların məhsuldarlığı, fəaliyyət effektivliyi minimuma enir ki, nəticədə əldə etməli olduqlarını əldə etmirlər, çünki bacarmırlar. Bu da özlüyündə ikinci bir stress və depressiyanın yaranmasına səbəb olur”.
21 dekabrın ən çox təsir etmə yaş aralığına gəldikdə isə psixoloq deyir ki, bu, 15-40 yaş arasında daha çoxdur, çünki bu yaş arası insanların gələcəklə bağlı planları və qorxuları olduqları üçün daha çox özünü biruzə verir: “Qorxu hissi də insanları özünə əsir edib və bütün işlərini kənara atıb həmin günə hazırlaşırlar. Bu da o deməkdir ki, bu fikri ortaya atan qüvvələr bundan böyük mənfəət əldə edir. Ona görə ki, sürətli həyat tərzi formalaşmış dünyada 2-6 aylıq bir fasilə cəmiyyətin nə qədər geri qalmasıdır. İnsanlar, fərdlər cəmiyyəti, cəmiyyət dövlətləri, dövlətlər də dünyanı təşkil edir. Beləliklə, baş verən geriləmə dünyada böhran da yarada bilər. Bu, əslində psixoloji bir bombadır. Bu gün onu çox hiss etmirik. Ancaq 21 dekabra yaxınlaşdıqca, ayın 10-dan sonra intihar halları, insanların əsəb gərginliyi artacaq ki, onların gərgin vəziyyətdə olması dünya miqyasında cinayətlərin artmasına təsir edəcək. 21 dekabrı keçdikdən sonra onun dəhşətləri hesablananda dünyanın yarısını əhatə edə biləcək bir zəlzələ qədər hesablanacaq”.
Nigar Abdullayeva
Milli.Az

Yorumlar 5