Misir Avrasiya İttifaqına can atır
Misir Avrasiya İttifaqına can atır
Ticarət naziri: "Aİİ-yə üzvlüklə bağlı Rusiya ilə danışıqlara başlanılacaq"
Misir hakimiyyəti Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmaq barədə danışıqlara başlamağa hazırlaşır.
ANS PRESS-in məlumatına görə, bu barədə Misirin ticarət naziri Munir Faxri Abdel Nurun Avrasiya İqtisadi Komissiyasının sədri Viktor Xristenko ilə görüşündə qərar qəbul oluna bilər.
Munir Faxri Abdel Nur deyib: "Biz bu məsələ ilə bağlı Misirin mövqeyini müzakirə edəcəyik və müxtəlif sektorlarda azad ticarət zanasının yaradılması haqqında fikir mübadiləsi aparacağıq. Əminəm ki, yaxın günlərdə Aİİ-yə üzvlüklə bağlı danışıqların başlanması tarixi müəyyənləşdiriləcək."
Onun sözlərinə görə, Rusiya ilə Misirin münasibətləri çox yaxşı vəziyyətdədir.
Xatırladaq ki, bu ilin fevralında Rusiya və Misir azad ticarət zonasının yaradılması haqqında razılıq əldə edib.