Yanan bina ilə bağlı bəyanat
Yanan bina ilə bağlı bəyanat
QHT-lər "vətənpərvərlərə" qarşı barışmaz mövqe göstərməyə çağırırlar
Bir sıra qeyri-hökumət təşkilatları mayın 19-da Bakının Binəqədi rayonu ərazisində 16 mərtəbəli binada baş vermiş yanğınla bağlı Bəyanat yayıb.
ANS PRESS xəbər verir ki, onlar əvvəlcə çoxminli üzvlərimiz adından Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli binada baş vermiş yanğın nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, onların ailə üzvlərinə və əzizlərinə dərin hüznlə başsağlığı veriblər!
Bəyanatda deyilir: "Qeyd etmək istəyirik ki, baş vermiş hadisə sözün əsl mənasında bütövlükdə xalqımızın faciəsidir. Bu hadisə bizləri sarsıtmış və hər birimizin ciddi narahatlçılığına səbəb olub. Lakin, bəzi dırnaqarası vətənpərvər soydaşlarımızın öz çirkin maraqları naminə bu faciəyə siyasi don geyindirilməsi və ölkədə son illərdə görülən işlərə kölgə salmaq cəhdləri bizlərdə təəssüf hissi doğurur. Sanki, bu dırnaqarası qəhrəmanlar son illərdə ölkəmizin bütün regionlarında uğurla həyata keçirilən abadlıq və quruculuq işlərindən xəbərsizdir. Eyni zamanda paytaxt Bakının hər bir güşəsində, o cümlədən Binəqədi rayonunun özündə də uğurla həyata keçirilən abadlıq-quruculuq işləri bütövlükdə hər birimizdə qürur hissi oyadır.
Biz qeyr-hökümət təşkilatları olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasəti Doğma Vətənimizin inkişafı naminə gördüyü işləri dəstəklədiyimizi bir daha bəyan edirik. Ölkəmizin hər bir vətəndaşını bu cür məsələlərdə ayıq-sayıq olmağa, baş vermiş hadisəyə düzgün qiymət verməyə, eləcə də, dırnaqarası vətənpərvərlərə qarşı barışmaz mövqe nümayiş etdirməyə çağırırıq."
Sənədi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Respubliaksı “Çernobıl Əlilləri İttifaqı” ictimai birliyinin sədri Mirhəsən Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Azərbaycan Əfqanıstan Veteranları
birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, Təxris olunmuş hərbiçilərin gəncləri maarifləndirmə ictimai birliyinin sədri Emin Həsənli imzalayıblar.