narkomaniya, onun fəsadları və ona qarşı aparılan mübarizə üzrə
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi jurnalistlər arasında Azərbaycanda narkomaniya, onun fəsadları və ona qarşı aparılan mübarizə üzrə məqalə müsabiqəsi elan edir:
Müsabiqənin şərtləri:
* Məqalələr yuxarıda göstərilən mövzulardan birini əhatə etməlidir;
* Qoyulan mövzularda cəmiyyəti narahat edən narkomaniya ilə əlaqədar məsələlərə işıq salmalıdır;
* Məqalələrdə ekspert rəyləri, məsələyə yanaşmada mövqeləri, xüsusilə rəsmi strukturların münasibətinin əks etdirilməsi, araşdırmalar və s. arzu olunandır;
* Müsabiqəyə təqdim olunacaq hər bir məqalənin sonunda aşağıdakı məlumat mütləq qeyd olunmalıdır: “Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir”.
* Yalnız mətbuatda dərc olunmuş və ya İnternet media portallarında yerləşdirilmiş məqalələr müsabiqəyə təqdim oluna bilər. Məqalə mətbuat orqanında dərc olunmuşsa, həmin orqanın məqalənin dərc olunduğu sayının nüsxəsi təqdim edilməlidir, məqalə İnternet media portalında yerləşdirilibsə, həmin portalın adı və əlaqədar linkin tam adı dscr-center@hotmail.com elektron poçt ünvanına göndərilməlidir;
* Müsabiqə 05 May 2014-cü il tarixədək davam edəcək.
* Müsabiqənin nəticəsi, yazı vətəndaş cəmiyyətinin nümayəndələrindən və tanınmış jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra, 10 may 2014-ci tarixdə açıqlanacaq.
* Müsabiqənin qalibləri (I, II və III yerlər) mükafatlandırılacaq.
Əlaqə:
Tel: (012) 511 38 21, 492-94-56 (ofis)
E-mail: dscr-center@hotmail.com