ABŞ prezidenti İlham Əliyevə məktub yazıb
Obama:"Regionda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib"
ABŞ prezidenti İlham Əliyevə məktub yazıb
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. B.Obama Bakıya ilk rəsmi səfəri münasibətilə mən ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni həmsədri təyin olunmuş səfir Ceyms Uorlikə tam dəstək verdiyini qeyd edib. "Onun bu yaxınlarda təyin olunması tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmasına yardım etmək işinə Birləşmiş Ştatların qəti və birmənalı sadiqaliyinin güclü göstəricisidir.
Ümidvaram ki, səfir Uorlikin zəngin diplomatik təcrübəsi və hökumətinizin irəliləyişə nail olmaq arzusu həmsədrlərin işinə və sülh prosesinə yeni təkan verəcək. Mən gələn aylar ərzində Ermənistan ilə birbaşa dialoq imkanlarından yararlanmağınızı və danışıqlarda hazırkı çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün həmsədrlərin vaxtından və bacarığından istifadə etməyinizi dəstəkləyirəm. Artıq danışıqlarda müəyyən edilmiş kompromis çərçivəsində regionda sülhün bərqərar olunması üçün yeni səylərin göstərilməsi vaxtı yetişib".(anspress.com)