Obama Suriya məsələsində Putinlə razılaşdı
Obama Suriya məsələsində Putinlə razılaşdı
ABŞ Rusiyanın Suriyadakı kimyəvi silahın beynəlxalq nəzarətə götürülməsi təklifinə müsbət dəyərləndirib
ABŞ prezidenti Barak Obama Rusiyanın Suriyadakı kimyəvi silahın beynəlxalq nəzarətə götürülməsi təklifinə müsbət dəyərləndirib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən məlumatına görə, Barak Obama jurnalistlərin ona ünvanladığıa“Rusiyanın təklifi ABŞ-ın Suriyaya qarşı hərbi müdaxiləni önləyə bilərmi” sualına “Əgər gerçəkləşərsə, ola bilər” cavabını verib.
Bu arada ABŞ Senatı Suriyaya qarşı hərbi müdaxiləni nəzərdə tutan qətnamənin səsverməsini ertələyib.