|
«Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı» İctimai Birliyi dövlət orqanlarının fəaliyyətində vətəndaşların müraciət etmək hüquqlarının reallaşdırılması, onlara baxılma qaydaları, eləcə də rəsmi qurumların portallarının fəaliyyəti ilə bağlı monitorinq və sorğu həyata keçirib. Bu fəaliyyətlərlə bağlı İB-nin sədri Əhməd Abbasbəyli qəzetimizə müsahibə verib.-Əhməd müəllim, monitorinq nə məqsədlə keçirilib?
- Monitorinqin məqsədi Azərbaycan hökumətinin bu sahədə həyata keçirdiyi tədbirlərə, o cümlədən, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın yaradılması və korrupsiyaya qarşı mübarizə tədbirlərinə dəstək verilməsidir. Həmçinin bu istiqamətdə fəaliyyətin daha səmərəli həyata keçirilməsinə yardım göstərilməsi və əldə olunmuş nailiyyətlər, görülən işlər barədə ictimaiyyətin məlumatlandırılmasıdır. Məqsədimiz eyni zamanda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq vətəndaşların müraciət etmək hüquqlarının reallaşdırılması, onlara baxılma qaydaları, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətini nəzərdən keçirmək idi. Biz 2 istiqamət üzrə monitorinq apardıq. Belə ki, öncə dövlət orqanlarının fəaliyyətində vətəndaşların müraciət etmək hüquqlarının reallaşdırılması, onlara baxılma qaydaları və s. səviyyəsini öyrəndik. Daha sonra dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırma vəziyyətini monitorinq etdik.
Bakı və 5 regionda keçirilən monitorinq zamanı 30-a yaxın rəsmi dövlət hakimiyyəti orqanları üçün sorğular göndərilib, eləcə də müxtəlif maraq qrupları, ictimai fəallar və əhali arasında sosioloji sorğular aparılıb. Bundan başqa rəsmi dövlət hakimiyyəti orqanlarının və müxtəlif maraq qruplarının təmsilçilərindən müsahibələr götürülüb. Eyni zamanda yerli media və internet resurslarının işi analiz edilib.
- Rəsmi dövlət hakimiyyəti orqanları üçün hansı sorğular göndərmişdiniz?
- Ümumi 13 sorğu göndərmişdik. Bu sorğular rəsmi qurumlara edilən müraciətlərin (ərizə və şikayətlər) ümumi sayı, vətəndaşların təklif və rəylərinin qəbul edilməsi üçün elektron ünvanlar, “Elektron müraciət” bölməsinin olub-olmaması və digər məsələlərlə bağlı idi. Qeyd etmək lazımdır ki, müraciətimizi əksər dövlət orqanları cavablandırıb. Lakin müraciətlərimizə laqeyd yanaşaraq cavablandırmayan təşkilatlar da var idi.
- Monitorinqdən hansı nəticələr əldə etdiniz?
- İki ay müddətində həyata keçirilən monitorinqin nəticələrinə görə, demək olar ki, bütün dövlət orqanlarının veb-saytları fəaliyyət göstərir və əksər saytlarda da elektron müraciət üçün xüsusi bölmələr fəaliyyət göstərir. Lakin edilən müraciətlərlə bağlı məlumatlar və müraciətlərlə bağlı görülən tədbirlər barədə məlumatlar saytlarda yerləşdirilməyib.
Vətəndaşların dövlət orqanlarına müraciətləri üçün internet resurslarından istifadə sayəsində dövlət orqanları tərəfindən təmin edilməsi ilə bağlı monitorinqin nəticəsində məlum olub ki, mərkəzi icra hakimiyyəti orqanlarının, rayon və şəhər icra hakimiyyəti qurumlarının saytlarında vətəndaşların müraciətlərinin, təklif və rəylərinin qəbul edilməsi üçün elektron ünvanlar yerləşdirilib. Bundan əlavə həmin saytların hamısında “Elektron müraciət” bölməsi yaradılıb. Vətəndaşlar bu bölməyə daxil ola, ad və soyadını, cinsini, sosial statusunu, əlaqə vasitələrini qeyd etdikdən sonra isə “təklif”, “şikayət”, “ərizə” linklərindən birini seçə bilər. Bunun ardınca ekranda açılan geniş səhifədə öz qeydlərini yazmaqla “Göndər” düyməsi vasitəsilə ünvana yönəldilə bilər.

Азербайджанская НПО «Развитие общества и гражданских отношений» в рамках проекта «Во имя справедливого общества», осуществляемого при финансовой поддержке Европейского фонда опеки демократии, осуществила мониторинг деятельности государственных органов и учреждений на предмет обеспечения прозрачности и борьбы с коррупцией, обеспечения права граждан обращаться в государственные органы, используя их сайты.
«Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı» İctimai Birliyi Avropa Demokratiyanı Himayə Fondunun (EED) dəstəyi ilə “Ədalətli cəmiyyət naminə (Vətəndaşların dövlət orqanlarına müraciət etmək hüquqlarının təmin edilməsinə dəstək proqramı)”layihəsi çərçivəsində monitorinq və sorğu həyata keçirib. İB-dən bildirilib ki, monitorinqin məqsədi Azərbaycan hökumətinin bu sahədə həyata keçirdiyi tədbirlərə, o cümlədən dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın yaradılması və korrupsiyaya qarşı mübarizə tədbirlərinə dəstək verilməsidir. Həmçinin bu istiqamətdə fəaliyyətin daha səmərəli həyata keçirilməsinə yardım göstərilməsi və əldə olunmuş nailiyyətlər, görülən işlər barədə ictimaiyyətin məlumatlandırılmasıdır. Məqsəd eyni zamanda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq vətəndaşların müraciət etmək hüquqlarının reallaşdırılması, onlara baxılma qaydaları, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətini nəzərdən keçirmək olub.