“Seçkidən seçkiyə fəallaşmaq müxalifətin ən böyük qüsurudur”
“Seçkidən seçkiyə fəallaşmaq müxalifətin ən böyük qüsurudur”
Əhməd Abbasbəyli: “Etibar Məmmədovun seçkidə iştirak edəcəyi inandırıcı görünmür”
Azərbaycan Milli İstiqlal Partiyasının təşkilat məsələləri üzrə keçmiş katibi, hazırda Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli “Gündəlik Teleqraf”ın suallarını cavablandırıb.
- Rəhbərlik etdiyiniz təşkilat öz fəaliyyətini hansı istiqamətdə qurub?
- Təşkilatımız ölkədə bir neçə sahədə mövcud olan problemlərin həllini prioritet sayır və bu istiqamətdə fəaliyyət göstərir. Hazırda ictimaiyyətin diqqətinin bu məsələlərin həllinə cəlb olunmasına çalışırıq. Korrupsiyaya qarşı mübarizə, dövlət strukturlarının fəaliyyətinin səmərəliliyinin artırılması, vətəndaşların, o cümlədən istehlakçı hüquqlarının müdafiəsi kimi sahələr üzrə fəaliyyət göstəririk. Artıq üç ildir ki, biz bu fəaliyyətlə məşğuluq. Eyni zamanda seçki ili yaxınlaşdığı üçün seçicilərin hüquqlarının müdafiəsi, ölkədə demokratik seçki keçirilməsi, şəffaflığın təmin olunması istiqamətində fəaliyyət göstərməyi qarşımıza məqsəd qoymuşuq. Bundan əlavə yeni bir layihə üzərində işləməyə başlamışıq. Bu, kommunal xidmət sektorunda şəffaflığın artırılmasını, bu sahədə vətəndaşların hüquqlarının müdafiəsini, kommunal xidməti həyata keçirən dövlət qurumlarında iş fəaliyyətinin yaxşılaşdırılmasını, səmərəliliyin artırılmasını özündə ehtiva edir. Biz bu fəaliyyətimizlə əslində vətəndaşların ölkədəki ictimai-siyasi proseslərə daha fəal qatılmasına yardımçı oluruq.
Kişiləri qadınlar qocaldir, yoxsa...
Kişiləri qadınlar qocaldir, yoxsa...
Dünyada qadınlarla kişilər arasında fəqlilikləri araşdırarkən onların hansının daha çox yaşaması, hansının zəif olması, onların beyin ölçüləri, dözümlülüyü və s. kimi müqayisələr ararılır. Bu gün qadınların,yoxsa kişilərin daha tez yaşlanması da müzakirə mövzusudur. Bu sahədə ararılan araşdırmalar müxtəlif nəticələr ortaya çıxarıb. Üəni, bir qrur ailmlər kişilərin, digər qrur isə qadınların daha tez yaşlandığı qənaətindədir. Ararılan yeni bir araşdırma qadınların dərisinin kişilərdən daha sürətlə yaşlandığını ortaya çıxarıb. Almaniyalı elm adamları tərəfindən ararılan bu araşdırmada dərinin günəş şüalarından gördüyü zərəri və yaşlanmasını ölçmək üçün lazerli yeni bir texniki üsul tətbiq ediblər. Amerikanın "Ortics Letters" yurnalında yayımlanan araşdırma nəticələrinə görə, rozulması zamanı dərinin qırışmasına və yumuşaqlığını itirməsinə səbəb olan kolagen və elastin toxuması üzərindəki yoxlamalar, qadınların kolageni kişilərdən daha sürətlə itirdiyini göstərib. Qeyd edək ki, gənc yaşlarda vücudun daha sürətlə buraxdığı, ancaq yaşlanma ilə ifrazı azalan rrotein qruru kolagenlər, dərinin gücünü göstərir. Digər bir nəticəyə görə, kişilər qadınlardan daha sürətlə yaşlanırlar. 55 yaşındakı bir qadın orqanizm gücünün 90 faizinə sahibdir. Eyni yaşdakı bir kişi isə bu gücün sadəcə 70 faizinə sahibdir. 35 yaşındakı bir kişinin damar sistemi 50 yaşındakı bir qadınınkına bərabərdir. Bunun müqabilində isə qadında sadəcə dəri daha incə olduğundan tez yaşlanıb qırışır. Qadınlar yaşlanma hadisəsini rsixoloyi olaraq kişilərdən daha asan qəbul edirlər.
Dünyanın sonu - var-dövlətin başlanğıcı...
Dünyanın sonu - var-dövlətin başlanğıcı...
15 NOYABR 2012 [02:00] - MİLLİ.AZ
Son günlər dekabr 21-də həyatın başa çatacağı ilə bağlı şayiələr artıb.
Cəmiyyətin isə buna münasibəti birmənalı deyil. Bir qisim insanlar buna inanaraq həyəcanlı günlər yaşayır, elektrik enerjisi ilə işləyən hər şeyin sıradan çıxacağına inanıb ləvazimat, ərzaq toplayır. Bir qism isə bunu, sadəcə, fərziyyə hesab edir, digər qrup isə “nə olursa olsun, itirəcək heç bir şeyim yoxdur” deyir. Bəs əslində bu şayiələrlə bağlı reallıq nədir?Bu, elmi əsası olmayan ara söhbətindən başqa bir şey deyil
AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Milli.Az-a bildirdi ki, nə dünyanın əvvəli, nə də dünyanın axırı deyil: “Dünyanın əvvəli və axırı böyük qalaktikada gedən proseslərlə müəyyən olunur. Yer kürəsində belə şey yoxdur. Günəşlə bizim aramızda o qədər gün tutulması, ay tutulması baş verir ki, bu problemli bir məsələ deyil. Ən maksimum bir neçə saat baş verəcək bir hadisədir. Yer üzündə həyatın yox olması fikri fərziyyədir. Dünyada çox az olub ki, saatlarla gün tutulması davam etsin. Bu dəqiqələrlə olan bir şeydir. Konkret olaraq bu, boş bir şeydir, cəfəngiyyatdır. Eləcə də bəziləri sosial gərginlik yaratmaq, insanları narahat etmək üçün bilmirlər nəyə əl atsınlar. Ümumiyyətlə, belə bir şey gözlənilmir”.
Direktorun sözlərinə görə, dünyanın axırı o deməkdir ki, hansısa böyük bir enerjili sistemdə narahatçılıq, yəni qeyri-tarazlıq halı olmalıdır: “Burada müəyyən bir proseslər, yer kürəsində partlayış, yaxud hansısa yerdə dağılma baş verə bilər. Lakin hazırda elə bir hadisə yoxdur. Qalaktikada da belə bir narahatçılıq törədəcək hadisə haqqında da astrofizika heç bir məlumat vermir. Ona görə də hesab edirəm ki, bu, elmi əsası olmayan ara söhbətindən başqa bir şey deyil. Qlobal çevrilməyə, dağılmaya malik olan enerji yalnız nüvədə və termonüvədədir. Bu, günəşdə gedən termonüvə prosesləridir. Günəşdə aktivlik daimi olaraq artıb-azalır. Tarix boyunca onun müəyyən periodu var, bu mənada yenilik deyil. Amma qlobal dəyişiklik barədə məlumat nə nüvə sahəsində, nə də radiasiya seli haqda yoxdu. Mən hesab edirəm ki, günəş və ay tutulması haqqında hər hansı informasiya varsa, bu, adi təbiət hadisəsidir. Hərəkət edən planetlərdir, bir-birinin ətrafında illər boyu tarazlıq halında hərəkət mövcuddur, burada qanunauyğunluq var. Ona görə narahatçılığa dəyməz”.