Putindən sərt bəyanat
İstehlakçı kimi öz hüquqlarımızı niyə qorumuruq?
İstehlakçı kimi öz hüquqlarımızı niyə qorumuruq?
“Bu gün ticarət mərkəzlərində, satış obyektlərində kifayət qədər zay, vaxtı ötmüş məhsullar satışa çıxarılsa da, istehlakçı tərəfindən çox da ciddi müqavimətə rast gəlinmir”
Gündəlik həyatda hər bir insanın əsas rollarından biri istehlakçılıqdır. İnsanların yaşamasını təmin edəcək ehtiyacları var. İnsanların bir qismi başqalarına nə isə satmaq istədiyi halda digərləri də almaq üçün ticarət məkanlarına üz tutur. Beləliklə, cəmiyyətdəki ticarət həyatını istiqamətləndirməklə yanaşı ona dəstək olan da istehlakçıdır.
Əksəriyyət istehlakçı hüquqlarını ya bilmir, ya da...
Dünyada əhalinin sayı və daha yaxşı yaşamaq arzusu artdıqca insanlar daha çox almağa, daha çox istehlak etməyə başladılar. Bununla yanaşı ticarət həyatı daha da inkişaf etdikcə mərhəmətsizlik problemi də başladı. Eləcə də dünyada baş verən dəyişikliklər, müasirləşmə də ticarətə öz təsirini göstərdi. Bu gün ticarət həyatının inkişaf etdiyi bir cəmiyyətdə şüurlu bir istehlakçı mədəniyyəti varmı? Bir qisim istehlakçılar var ki, müəyyən məbləğ ödəməklərinə baxmayaraq aldığı məhsulla heç maraqlanmırlar. Əvvəllər ehtiyacları üçün mal alan istehlakçılar vardısa, indi malları dəyərinə görə deyil, sadəcə ona sahib olmaq üçün istehlak edən istehlakçılar var. İstehsalçılar isə onların maarifçiliyinin azlığından faydalanırlar. Məsələn, İngiltərədə aparılan bir araşdırmaya görə, heç geyinmədikləri libasları satın alan qadınların faizinin davamlı artdığı göstərilir. Bu, sadəcə sahip olmaq məqsədilə edilən bir davranışdır. Bu onu göstərir ki, istehlak ehtiyaclardan deyil, sonsuz arzulardan qaynaqlanır. ABŞ-da aparılan digər bir araşdırmaya görə, amerikalıların böyük əksəriyyəti digər amerikalıların hovuzlu villalarda yaşadığını, avtomobillərinin, xidmətçilərinin olduğunu düşünür. Yəni filmlərdə, seriallarda bir amerikalı necə təsvir edilirsə, digər amerikalıların da o şəkildə yaşadığını zənn edirlər. İstehlakçı bir mal satın alarkən nələrə diqqət etməlidir?Bir mal alarkən həqiqətən bu mala ehtiyacının olub-olmadığını düşünməli, alacağı malın qiymətinin büdcəsinəə uygun olub-olmadığına baxmalı, malın sağlam olmasına diqqət etməli, çəkini yoxlamağı, son istifadə tarixinə baxmayı unutmamalıdır.
Şou və seksin təbliğində kimlər maraqlıdır?
Şou və seksin təbliğində kimlər maraqlıdır?
Son illərdə Azərbaycanda kütləvi şoulaşma gedir. Telekanalların və əksər media qurumlarının bu prosesdə “əməyi” danılmazdır. İnsanların diqqəti ciddi mövzulara, problemlərə deyil, ağıl, düşüncə, intellekt tələb etməyən yüngül məsələlərə yönəldilir. Nəticədə cəmiyyət sürətlə bioloji kütləyə çevrilir. İnsanlar elm, təhsil, peşədən çox “lüks” yaşamağı hədəf seçib və bunun üçün də sanki bir yarış gedir. Bəs vəziyyətin belə acınacaqlı hal almasına hansı amillər zəmin yaradır?
ANN.Az mövzu ilə bağlı ekspertlərin rəyini dərc edir.
PSİXOLOQ: “Cəmiyyəti belə idraə etmək daha asandır”
Bu gün Azərbaycanda cəmiyyətin ciddi məsələlərə qarşı biganə davranışının gözlənilən olduğunu deyən psixoloq Taryel Faziloğlu bildirdi ki, ölkədə son 15 ildə cəmiyyətin uğradığı dezinformasiya hücumu insanlarda inamsızlıq, depressiya vəziyyətinin geniş yayılmasına gətirib cıxardı: “İnsanlar artıq heç kimə və heç nəyə inanmır, bəzən gördüyünə belə şübhə ilə yanaşır. Belə vəziyyətdə insanlar həyatla bağlı ciddi baxışlarını itirir və diqqətlərini ancaq fiziki tələbatlara yönəldərək, yaşama instinktinə tabe olurlar. Buna görə də insanın maraq dairəsi maddi tələbatlarının ödənməsi ilə məhdudlaşır. Artıq sosial problemlər və əxlaqi dəyərlər ikinci plana keçir. Bunda maraqlı olan qüvvələr də situasiyadan istifadə edərək vəziyyəti daha da dərinləşdirmək üçün şou proqramlarla və cinsi tələbatlar üzərində ssenariləşdirilmiş filmlərlə insanlara təsir göstərərək onları yönəldirlər. Azad seksi, narkotika və fahişəliyi dolayı yollarla təbliğ edərək insanlar arasındakı münasibətləri cinsi tələbatlar çərçivəsində məhdudlaşdırmağa çalışırlar. Nəticə etibarı ilə cəmiyyət sosial cəmiyyətdən bioloji kütləyə çevrilir. Sosial dəyərlərə malik cəmiyyətin bioloji kütləyə çevrilməsi idarəetməni asanlaşdırır. Bu isə bölgədə hakim olmaq istəyən güclərə daha rahat şəkildə idarə etmək şəraiti yaradır”.
Psixoloqun fikrincə, bəziləri mövcud vəziyyətdən çox güclü şəkildə istifadə etməyə çalışırlar. Bu yolla cox böyük pullar qazanıldığını deyən T.Faziloğlu bildirirki, bu gün ən çox oxunan xəbər və ya izlənən süjet hansısa yüngül həyat keçirən bir müğənninin sevgi macəraları və ya atası bəlli olmayan hamiləliyidir: “Bu xəbərlərin qurulma forması da elədir ki, onları nəinki qınayır, əksinə qəhrəmana çevirir. Belədə oxucu da həm həyatın üzərinə qoyduğu vəzifələri, həm daşıması çətin olan problemləri müəyyən mənada unudur, həm də belə “qəhrəmanların” xəbərlərini oxuduqca, ya da seyr etdikcə onlar kimi yaxşı yaşamaq arzusuna düşür və qarşılığında bütün dəyərlərini satışa çıxarır. Bununla da cəmiyyət dəyərsizləşərək kütləyə çevrilir. Bundan da müəyyən qüvvələr istifadə edərək cəmiyyətdə öz təsirlərini hər zaman qoruyurlar”.
Psixoloqun fikrincə, vəziyyəti dəyişdirmək mümkündür. Onun sözlərinə görə, birinci növbədə dövlət milli əxlaq kodeksini işləməli və bütün təbliğat vasitələrini ona tabe etməlidir: “Azərbaycan xalqının özünəməxsus əxlaq kodeksi burada əsas götürülə bilər. Bu anlamda hazırlanmış əxlaq kodeksi kriteriyalarına uymayan verilişlər bağlanmalı, televiziyalarda mili mənəvi dəyərləri təbliğ edən verilişlər, əxlaq dəyərlərini təbliğ edən maraqlı maarifləndirici bədii əyləncəli proqramlar və bədii filmlər, seriallar verilməlidir. Bundan başqa ölkəyə daxil olan bütün internet qaynaqlarına filtr qoyulmalı, əxlaqa zidd informasiyaların qarşısı alınmalıdir”.
Qırx ildən artıq birlikdə olmanın sirri
Qırx ildən artıq birlikdə olmanın sirri
Bir vaxtlar insanların uzun illər bir ailədə yaşamaları təbii qarşılansa da, son illər bu normalar pozulub.
Bunun səbəbləri isə müxtəlif amillərlə izah edilir. Belə ki, həyat yoldaşını sevənlər kiçik bir sözlə başlayan böyük mübahisələr yaşamaları nəticəsində böyük xəyallarla başlanan evliliyin sonunun gəldiyini düşünürlər. Evlilikdə uzun illər xoşbəxt yaşamış cütlüklərlə bağlı aparılan araşdırmada xoşbəxtliyin qaynağının mərhəmət və qarşılıqlı sevgi, hörmət olduğu ortaya çıxıb. Belə ki, cütlüklər arasında, xüsusilə də davranış tərzi evlilik ömrünü azaltdığı halda, onların bir-birinə qarşı mərhəmət və sevgisi xoşbəxt evliliyin təməl daşları arasında yer alır. Beləliklə, möhkəm ailələrin təməlində əxlaqi dəyərlərlə bərabər, qəbul etmə, ünsiyyət, dinləmə kimi amillər var.
Qadınların hansı xətaları var?
Mübahisələrdə qadınların kişilərə güvənməmələri və yoldaşlarına sıx-sıx zəng edərək "Haradasan?", "Nə edirsən?", "Yanında kim var?", "Məni sevirsənmi?" kimi suallar vermələri təsirli rol oynayır. Xətalardan biri də dava sonunda ailə böyüklərinə zəng vurub ağlayaraq şikayət etməkdir. Eləcə də "Onunla görüş, bununla görüşmə!" kimi qərarlarla çıxış etmək, "Götür bu uşaqları, bütün günü məni bezdirdilər" deyərək yoldaşından qapıdan girər-girməz uşaqlarla maraqlanmasını istəməkdir. Mübahisələrdə kişinin ailəsini pisləmək, davamlı olaraq keçmişi gündəmə gətirmək də xətalar sırasındadır.
Kişilərin xətaları
Bu xətalar sırasında həyat yoldaşı danışarkən başqa tərəfə (televizor, telefon və s.) baxmaq, "Çay gətir", "Uşağın səsini kəs" kimi əmrlərlə xidmət tələb etmək yer alır. Eləcə də kişilərin həyat yoldaşlarıyla söhbət etməməsi də davalara gətirib çıxarır. Bir kişinin evliliyin təməlini möhkəmləndirməsində əsas amillərdən biri həyat yoldaşını dinləməkdə usta olmasıdır. Kişilər tənqid və ya bu cür qəbul etdikləri sözlərə hədsiz həssasdırlar. Hansısa bir işin qadın tərəfindən kişiyə təklif olunması kişidə bacarıqsızlıq duyğusu oyadır. Bu o deməkdir ki, kişidə nə edəcəyini bilmədiyi duyğusunu oyandıran qadın onu anlamır. Xətalar sırasında cəmiyyət içində yoldaşı haqqında "o bilməz" kimi alçaldıcı danışmaq, qadının maaş kartını əlindən almaq, ev işlərində yardım etməmək, hədsiz qısqanclıq da var.
Evin "dirəyi" dünyagörüşüdür?..
Sosioloq Əhməd Abbasbəyli deyir ki, xoşbəxtlik dedikdə ailənin uzunmüddətli, mehriban, səmimi yaşamasına qiymət verilməlidir. Ailənin möhkəmliyinə gəldikdə isə, sosioloqun fikrincə, insanların fərdi keyfiyyətlərindən asılı olan məsələlər var:
unikal QHT-lər korrupsiyaya qarşı fəallaşır
QHT-lər korrupsiyaya qarşı fəallaşır
QHT-lər korrupsiyaya qarşı fəallaşır
Əhməd Abasbəyli: "Son illər vətəndaş cəmiyyəti institutları korrupsiyaya qarşı mübarizə sahəsində hökümətin əsas tərəfdaşına çevrilib"
Qeyri-hökumət təşkilatları artıq ölkədə real qüvvəyə çevrilməkdədir. Və maraqlıdır ki, bu qurumların fəaliyyəti gənclərlə daha çox ilgilənir. "Cəmiyyətin və vətəndaş münasibətlərinin inkişafi" İB rəhbəri Əhməd Abasbəyli "Unikal"a bildirib ki, "İstənilən halda biz bir vətəndaş kimi, bir QHT kimi ölkənin imicinə xələl gətirəcək hər bir hərəkətin qarşısını almağa, ona qarşı mübarizə üçün birləşməyə hazır olmalı birgə fəaliyyət göstərməliyik.
Digər tərəfdən yetişməkdə olan gənc nəsil bu münasibətlərin, bu təpkilərin təsiri altında yetişməsi müsbət hal deyil. Hər bir gənc azərbaycanlı gündəlik həyatında hər hansı bir haqsızlıqla rastlaşırsa, özündən böyük nəslin bu haqsızlığa qarşı laqeydliyini hiss edirsə, qarşılaşdığı haqsızlıqlar, qanun pozuntuları getdikcə mütəşşəkkil hal almağa başlayırsa, həyat tərzinə çevrilməyə başlayırsa, onun mükkəmməl bir insan kimi, ləyaqətli bir vətəndaş kimi yetişməsi şübhə doğurur. Yox əksinə haqsızlıqlara rastlaşdıqca ona qarşı təpkini, rüşvətxorluğun, korrupsiyanın ifşa olunmasını, cəmiyyətin belə halların qibtə doğuracaq bir şey deyil, cinayət olmasını qəbul etdiyini hiss edən hər kəsin seçimi də doğru olar.
Mümkündür ki, ölkədə gedən proseslərin daha düzgün, daha obyektiv qiymətləndirilməsi üçün şəffaflğa böyük ehtiyac var. istənilən halda şəffaflıq şübhələri dağıtmaqla yanaşı, bir çox mənfi meyllərin qarşısını ala bilər. Məhz hər iki mənada bu layihənin həyata keçirilməsi vacibdir. Təbii ki, reallıqdlar onu diqtə edir, bu çatışmamazlıqların tez bir zamanda düzəldilməsi mümkün deyil. Lakin ölkədə şəffaflğın bərqərar olması, ictimai nəzarətin gücləndirilməsi, bu istiqamətdə təbliğatın qurulması, problemləri cəmiyyətin diqqətinə çatdırılması, xüsusi ilə gənclərin bu işə cəlb olunması tədricən yeni münasibətlərin qurulmasına və sonucda hər şeyin haqqın, ədalətin, saflığın xeyrinə dəyişəcəyinə inamı artırır".
Abasbəyli bildirir ki, "Xüsusi ilə son dövrlərdə - gənclərin böyuk əksəriyyətinin ölkədə baş verən ictimai siyasi proseslərdən kənarda qaldığı, bu ictimai-siyasi həyatdan özünü təcrid etdiyi bir vaxtda, onları fəallaşdırmaq, ictimai problemlərin araşdırılmasına cəlb etmək, bu proseslərin fəal iştirakçısına çevirmək ən azı ölkənin gələcəyinə edilmiş istinad baxımından əhəmiyyətlidir.
Xarici dil, yoxsa zəmanə dəbi?
Xarici dil, yoxsa zəmanə dəbi?
04 OKTYABR 2012 [02:30] - MİLLİ.AZ
Mağazada satıcı kimi çalışmaq üçün də xarici dil bilməlisən
Sovet dövründə ölkədə xarici dil kimi rus dili tədris olunur və əhalinin bir çoxu da bu dili dəqiqliklə öyrənməyə çalışırdı. Əslində bu, ilk növbədə, dövrün “tövsiyəsi” idi və istər-istəməz əhali bu dili öyrənirdi. Hətta bir sıra ailələr övladlarının məhz rusdilli məktəblərdə təhsil almasına çalışırdılar. Rusdilli olmaları ilə fəxr edib özlərini daha yüksək təbəqənin nümayəndəsi kimi düşünənlər də vardı. Hazırda da bu cür düşünənlər yox deyil. Məsələn, Yasamal rayonunda yeni inşa edilən bir binanın sakinlərinin demək olar ki, əksəriyyəti məhz rus dilində, hətta ingilis dilində danışırlar. Onlar özlərini sanki başqa bir cəmiyyətin insanları kimi təqdim edirlər. Bu günlərdə bu binada yaşayan bir nənə ilə 3 yaşında nəvənin söhbətinin şahidi oldum ki, onlar da məhz rus dilində danışırdılar və həmin uşaq hazırda Azərbaycan dilini bilmir.
Doğrudur, indi xarici dilin öyrənilməsi yeni dəblər sırasındadır. Hətta bu gün demək olar ki, xarici dil, xüsusilə də ingilis və rus dilini bilməsən səni heç bir şirkətdə işə qəbul etmirlər. Hətta mağaza satıcısı kimi çalışmaq üçün müraciət etdikdə belə xarici dili bilib-bilmədiyini soruşurlar. Xarici dilə marağın bu qədər artdığını nəzərə alaraq bu gün ölkədə xarici dil kurslarının da sayı gündən-günə artır. Çalışmaq istəyən insanlar isə məcbur qalıb üz tuturlar həmin kurslara. Bu kurslardakı tədrisin keyfiyyəti isə başqa bir mövzudur. Beləliklə, bu gün, sözün həqiqi mənasında, xarici dil öyrənmək istəyənlərlə yanaşı, bir vaxtlar rus dilini öyrəndikləri kimi indi də “zəmanə dəbi” olan ingilis dilinə üstünlük verənlər var.
Təbii ki, xarici dilin öyrənilməsi vacibdir. Ancaq bunu yalnız dəb xatirinə seçmək düzgün deyil. Bu gün orta məktəblərimizdə I sinifdən başlayaraq xarici dil tədris olunur. Xarici dil kurikulumunda da göstərilir ki, bir və yaxud iki xarici dildə ünsiyyət qurmağı, əlaqə saxlamağı bacaran şəxsiyyətin formalaşdırılması müasir məktəbin mühüm vəzifələrindən biridir. Bu da bir faktdır ki, xarici dilə yiyələnən şəxs bilavasitə beynəlxalq arenaya çıxaraq öz xalqının milli-mənəvi dəyərləri, qazandığı uğurları başqalarına çatdırmaq, fikir mübadiləsi aparmaq imkanı qazanır.