KÖNÜLLÜLÜK FƏALİYYƏTİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I. FƏSİL
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Qanunun məqsədləri
Bu qanun fiziki şəxslərin könüllü -- öz istəyi və marağı əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətlərin hüquqi əsaslarını müəyyən edir.
Maddə 2. Könüllülük fəaliyyəti
2.1. Könüllülük fəaliyyəti – Qanunla qadağan edilməyən, əsas iş yeri ilə bağlı olmayan, işlərin görülməsi, xidmətlərin göstərilməsi və digər dəstəyin verilməsi ilə bağlı ictimai faydalı məqsədlər güdən fəaliyyətdir.
2.2. Mülkiyyət formasından asılı olmayaraq kommersiya təşkilatlarıında və onların təsis etdikləri qurumlarda həyata keçirilən fəaliyyət, habelə siyasi partiyalara, hərəkatlara, qruplara və kampaniyalara dəstək könüllülük fəaliyyəti sayıla bilməz.
2.3. Könüllülük fəaliyyəti adı altında siyasi, dini etiqad və təriqətlərin yayılması, müharibə, zorakılığın və dözümsüzlüyün təbliğ edilməsi, dini, irqi, milli ədavətin qızışdırılması qadağandır.
2.4. Könüllülük fəaliyyəti daimi və ya müvəqqəti əsaslarla aparıla bilər.
Maddə 3. Əsas anlayışlar
3.1. Könüllü– öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirən fiziki şəxsdir.
3.2. Könüllülük fəaliyyətinin təşkilatçısı -- könüllülük fəaliyyətinin təşkilini və həyata keçirilməsini təmin edən qeyri-kommersiya təşkilatıdır
3.3. Əvəzi ödənilməyən fəaliyyət – Əmək haqqı və ya qonorar formasında miükfatlandırılmayan fəaliyyətdir.
Maddə 4. Könüllülük fəaliyyətinin növləri:
4.1. Könüllülük fəaliyyəti aşağıdakılar üzrə həyata keçirilir:
4.1.1. Əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə kömək edilməsi
4.1.2. Uşaqlar və gənclərlə işlərin aparılması
4.1.3. Mədəni tarixi sərvətlərin qorunması
4.1.4. Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın saxlanması
4.1.5. İnsan hüquq və azadlıqlarının, qanunçuluğun, sülh mədəniyyətinin, tolerantlığın təbliği
4.1.6. Bu Qanunun tələblərinə zidd olmayan digər fəaliyyət növləri
Maddə 5. Könüllülük fəaliyyəti haqqında qanunvericilik
5.1. Könüllülük fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdən, bu qanundan, könüllülük fəaliyyəti və onun ayrı-ayrı növlərinin həyata keçirilməsi şətrlərini tənzimləyən digər qanunvericilik aktlarından ibarətdir.
5.2. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrlə könüllülük fəaliyyətinin həyata keçirilməsini tənzimləyən qanunlar arasında ziddiyyət yarandıqda beynəlxalq müqavilənin nomaları tətbiq edilir.
II. FƏSİL
KÖNÜLLÜLÜK FƏALİYYƏTİNİN
İŞTİRAKÇILARI, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
Maddə 6. Könüllülük fəaliyyətin iştirakçıları
6.1. Könüllülük fəaliyyətinin iştirakçıları könüllülük fəaliyyətinin təşkilatçılarından və könüllülərdən ibarətdir.
6.2. Könüllülük fəaliyyətinin təşkilatçıları könüllülük fəaliyyətinin təşkilini və həyata keçirilməsini təmin edən qeyri-kommersiya təşkilatları ola bilər.
6.3. Könüllü könüllülük fəaliyyəti ilə şəxsən məşğul olan hər bir Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi vətəndaş yaxud vətəndaşlığı olmayan şəxs ola bilər
6.4. Könüllülük fəaliyyətinin təşkilatçıları arasında münasibətlər qanunvericiliyə və onlar arasında bağlanan mülki hüquqi müqaviləyə uyğun olaraq tənzimlənir.
Könüllülük fəaliyyətinin təşkili və həyata keçirilməsi, habelə maddi təminatının yaradılmasını könüllük fəaliyyətinin təşkilatçıları müqavilə qaydasında müəyyən edirlər
Maddə 7. Könüllülük fəaliyyətinin təşkilatçılarının huquqları və vzifələri
7.1. Könüllülük fəaliyyətinin təşkilatçıları aşağıdakı hüquqlara malikdir:
7.1.1. Könüllülük fəaliyyətinə ehtiyacı olan sahələr, ərazilər haqqında dövlət və yerli özünü idarəetmə orqanlarından, kütləvi informasiya vasitələri, qeyi-hökumət təşkilatları, beynəlxalq qurumlar, icmalardan informasiya almaq
7.1.2. Könüllülərin bu qanunla nəzərdə tutulmuş könüllülük fəaliyyətinin həyata keçirilməsinə cəlb etmək
7.1.3. Görülmüş işlər haqqında könüllülərdən məlumat almaq
7.1.4. Könüllülük fəaliyyəti iştirakçılarının qanuni hüquq və maraqlarını müdafiə etmək
7.1.5. Müqvilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda könüllülərlə müqaviləyə xitam vermək
7.2. Könüllülük fəaliyyəti təşkilatçılarının vəzifələri aşağıdakılardır:
7.2.1. Könüllülük fəaliyyətinin həyata keçirilməsi üçün əlverşli şəraitin yaradılması
7.2.2. Könüllülərə onların hüquq və vəzifələrini izah etmək;
7.2.3. Könüllülük fəaliyyətinin həyata keçirilməsi haqqında informasiyaları açıqlamaq
7.2.4. Könüllünün tələbi ilə könüllülük fəaliyyəti haqqında müvafiq arayışlar təqdim etmək.
7.2.5. Könüllülərlə müqavilə bağlamaq
7.2.6. Könüllüləri yerinə yetirəcəkləri işin sağlamlıq və həyat üçün təhlükəlili olan zərərli və mənfi amilləri ilə bağlı məlumatlandırmaq
7.2.7. Könüllüləri sağlamlıq və həyat üçün təhlükəli olan zərərli və mənfi amillər ilə bağlı olan işlərə göndərərkən onların icbari tibbi yoxlamadan keçirilməsini və texniki təhlükəsizlik ilə bağlı müvafiq təlimat keçirilməsini təmin etmək.
Maddə 8. Könüllülərin hüquqları və vəzifələri
8.1. Könüllülərin aşağıdakı hüquqları vardır:
8.1.1. Müəyyən işlərin görülməsi üçün könüllü fəaliyyətinin təşkilatçıları ilə müqavilə bağlamaq
8.1.2. Əməyin təhlükəsizliyi və mühafizəsi normalarına cavab verən əmək şəraitinin yaradılmasını tələb etmək
8.1.3. Könüllülük fəaliyyətinin şərtləri və xarakteri haqqında informasiyalara malik olmaq
8.1.4. Öz könüllü fəaliyyəti haqqında informasiyaları yaymaq
8.1.5. Görülən işlərin yeri, həcmi, xarakteri, vaxtını göstərməklə könüllülük fəaliyyəti haqqında yazılı arayışı tələb etmək
8.1.6. Könüllülük fəaliyyəti könüllünün daimi yaşadığı yaşayış məntəqəsinin hüdudlarından kənarda həyata keçirildikdə qidalanmaq, yaşamaq, rabitə və nəqliyyat xərclərinin ödənilməsini tələb etmək
8.1.7. Könüllülük fəaliyyətini həyata keçirərkən istehsalat zədələnməsi və peşə xəstəliyi aldıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada sağlamlığa dəymiş zərərin əvəzini almaq
8.1.8. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta olunmaq
8.2. Könüllünün əsas vəzifələri aşağıdakılardır:
8.2.1. Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək
8.2.2. Fəaliyyət göstərdiyi qeyri – kommersiya təşkilatının təşkilat daxili qaydalarına riayət etmək
8.2.3. Könüllülük fəaliyyətinin təşkilatçılarının muqavilənin şərtlərinə uyğun göstərişlərinə əməl etmək
8.2.4. Könüllülük fəaliyyətinin təşkilatçılarının tələbi ilə könüllülük fəaliyyəti haqqında (bu təşkilatçılar ilə bağlanmış müqavilə əsasında həyata keçirilən) informasiyanı təqdim etmək
8.2.5. Könüllü fəaliyyəti haqqında müqavilənin şəitlərinə əməl etmək
III FƏSİL
KÖNÜLLÜLÜK FƏALİYYƏTİNİN TƏMİNATLARI
Maddə 9. Könüllülük fəaliyyətinin hüquqi təminatları
9.1.Könüllülük fəaliyyətinin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı və ya şifahi formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllülük fəaliyyətinin beynəlxalq iştirakçıları arasında müqavilələr yalnız yazılı formada bağlana bilər.
9.2. Könüllülük fəaliyyətinin iştirakçıları arasında müqavilədə aşağıdakılar göstərilir.
9.2.1. Müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
9.2.2. Müqavilənin bağlanma və başa çatma müddətləri;
9.2.3. Görüləcək işlər, onların həcmi və müddətləri;
9.2.4. Könüllünün ezamiyyə, nəqliyyat və digər xərcləri;
9.2.4. Tərəflərin hüquq və vəzifələri;
9.2.5. Tərfələrin məsuliyyətləri;
9.2.6. Digər öhdəliklər.
9.3. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran maddələrin əks olunması yol verilməzdir
9.4. Müqavilə üzrə tərəflər arasında yarana biləcək mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
Maddə 10. Könüllülük fəaliyyətinin maddi təminatı
10.1. Dövlət könüllü fəaliyyətini təşviq edərək bu fəaliyyətin təşkili üçün çəkilən material xərclərini vergi güzəştlərini tətbiq edir.
10.2. Öz fəaliyyətini əlavə kompensasiyalar tələb edilən şəraitdə həyata keçirən könüllülər üçün əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş imtiyazlar ilə təmin edilirlər.
10.3. Müvafiq İcra hakimiyyəti orqanı könüllü fəaliyyəti təşkilatçıları tərəfindən müəyyən olunan şərti əmək haqqına uyğun olaraq könüllülərin məcburi sosial-sığortasını həyata keçirirlər.
10.4. Könüllülük fəaliyyətinin həyata keçirilməsi zamanı istehsalat zədələnməsi və peşə xəstəliyi almış şəxslər üçün sağlamlığa dəymiş zərərin, habelə ölümlə bağlı zərərin əvəzini ödəmək öhdəliyini dövlət öz üzərinə götütür.
IV. FƏSİL
XÜSUSİ QAYDALARLA TƏNZİMLƏNƏN KÖNÜLLÜLÜK (VOLONYOR) FƏALİYYƏTİ VƏ BEYNƏLXALQ KÖNÜLLÜLÜK FƏALİYYƏTİ
Maddə 11 Xüsusi qaydalar ilə tənzimlənən könüllülük fəaliyyəti
11.1. Sağlamlıq və həyat üçün zərərli və mənfi amillər ilə bağlı olan könüllülük fəaliyyəti ilə məşğul olmağa yalnız bu səhədə xüsusi hazırlığı olan, müvafiq alət və ləvazimatla və digər avadanlıqla təmin edilən, həmçinin konkret iş növlərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada lisenziyaya malik olan şəxslər buraxılır.
11.2. Bu Qanunu 11.1-ci maddəsində göstərilən fəaliyyət sahəsi və könüllülük fəaliyyətinin həyata keçirilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sağlamlıq və həyat üçün zərərli və mənfi amillər ilə bağlı olan könüllülük fəaliyyəti həmçinin qəzaların, təbii fəlakətlərin və anoloji xarakterli digər hadisələrin nəticələrini aradan qaldırılması və bu cür işlərin aparılmasını tənzimləyən qaydalara əsasən həyta keçirilə bilər. Zəruri hallarda könüllülük fəaliyyəti təşkilatçıları bu cür işlərin aparlması üçün müvafiq icra hakimiyyəti orqanlarından razılıq alırlar.
11.3. Könüllülük fəaliyyəti xüsusi lisenziya tələb edilən sahələrdə həyata keçirilirsə, bu halda lisenziyanın alınması məsuliyyəti könüllülüklük fəaliyyəti təşkilatçılarının üzərinə düşür.
Maddə 12. Beynəlxalq könüllük fəaliyyəti
12.1. Azərbaycan Respublikası könüllüləri beynəlxalq və xarici təşkilatların dəvəti ilə könüllülük fəaliyyətini xarici ölkədə həyata keçirə bilərlər.
12.2. Azərbaycan Respublikası könüllülük fəaliyyəti təşkilatçıları Azərbaycan Respublikası ərazisində könüllülük fəaliyyətini həyata keçirmək üçün xarici könüllüləri dəvət edə bilərlər.
12.3. Beynəlxalq və xarici könüllülük fəaliyyəti təşkilatçıları Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında Azərbaycan Respublikası ərazisində bu cür fəaliyyətlə məşğul ola bilərlər.
12.4. Azərbaycanın könüllülük fəaliyyəti təşkilatçıları xarici ölkədə bu ölkənin qanunvericiliyinə müvafiq olaraq Azərbaycan könüllülərinin iştirakı ilə bu cür fəaliyyət ilə məşğul ola bilərlər.
Maddə 12. Bu qanunun qüvvəyə minməsi
Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.