P R Е S S - R Е L I Z – 10
«Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin Inкişаfı» Ictimаi Birliyi, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun (Think Tank proqramı daxilində) dəstəyi ilə “Azərbaycan Respublikasında istefada olan hərbçilərin, müharibə iştirakçılarının və əlillərinin reabilitasiyasi, mülki həyata uyğunlaşması ilə bağlı vəziyyətin öyrənilməsi və bu sahədə islahatların aparılması proqramı” layihəsini həyata keşirmişdir. Layihə çərçivəsində keçmiş hərbçilərin, ehtiyatda olan zabitlərin, müharibə veteranlarının və əlillərin vəziyyətini öyrənilməsi, onlarla bağlı problemlərin araşdırılması, onların ehtiyac və tələblərinin aşkarlanması üçün əvvəlcə müzakirələr keçirilmiş, bu sahədə beynəlxalq təcrüb və tanınmış ekspertlərin fikirləri öyrənilmiş və ətraflı sosioloji-tədqiqat işi aparılmışdır. Layihənin yekunu olaraq dövlət proqramı layihəsi hazırlanmış və müzakirələrə təqdim edildikədn sonra müvafiq dövlət strukturlarına təqdim ediləcək.