“YERLI DEMOKRATIYAYA DƏSTƏK” QHT KOALISIYASI
Dəyirmi Masanın məqsədləri haqqında məlumat verən Koalisiyanın koordinatoru Mirəli Hüseynov bildirib ki, Dəyirmi Masanın keçirilməsində əsas məqsəd Koalisiyanın hazırladığı “2009-cu ildə Azərbaycanda bələdiyyələrin vəziyyətinə dair” hesabatın təqdim edilməsi və bələdiyyələrin vəziyyəti ilə bağlı müzakirələr aparmaqdır. O, bildirib ki, Hesabatın 2009-cu il üzrə hazırlanmasının əsas səbəbi bələdiyyə idarəetməsində əhəmiyyətli tədbirlərin həyata keçirilməsi və cari il üzrə daha müfəssəl qiymətləndirmənin aparılması mümkünlüyü ilə izah edib.
Sonra Hesabatın müxtəlif bölmələri üzrə Koalisiyaya daxil olan təşkilatların nümayəndələri təqdimat ediblər. Bələdiyyələrin hüquqi vəziyyəti barədə çıxış edən “Hüquq və İnkişaf” İB sədri H. Həsənov 2009-cu ildə bələdiyyə idarəetməsi üzrə qanunvericilikdə edilmiş əlavə və dəyişiklərin bələdiyyələrin statusunu dəyişmədiyini , əksinə prosesin ümumən mənfiyə doğru
istiqamətləndirildiyini bildirib. "Demokratik İnkişaf və İqtisadi Əməkdaşlıq” İB sədri İlham Hüseynli bələdiyyələrin maliyyə mənbələrinin məhdud olduğunu, mövcud mənbələrin qeyri-rentabelli olduğunu və səlahiyyətlərinin reallaşdırılması üçün yetərli olmadığını təqdimatında vurğulayıb. Bələdiyyələrin birləşdirilməsi ilə bağlı təqdimat edən Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İB sədri İ.Hüseynli birləşmənin müsbət addım olduğunu bildirsədə, birləşmənin inzibati qaydada aparıldığını deyib. “Cəmiyyətin və Vətandaş Münasibətlərinin İnkişafi” İB sədri Ə.Abbasbəyli isə bələdiyyələrdə şəffaflıq və hesabatlılığın vəziyyəti barədə iştirakçıları məlumatdırıb.
Təqdimatlardan sonra mövzular ətrafında müzakirələr aparılıb. Yasamal bələdiyyəsinin sədr müavini Ə.Əkbərli, hüquqşünas Ə.Məmmədli, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Ə.Nuriyev, “Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu və digər nümayəndələr Koalisyanın hesabatının bələdiyyələrin fəaliyyətinin mühüm aspektlərini əhatə etdiyini və kifayət qədər obyektiv həks etdirildiyini bildiriblər. İştirakçılar bələdiyyə idarəetməsində mövcud problemlərin müəyyən edilməsi və aradan qaldırılması üçün belə hesabatların hazırlanmasının və bur tədbirlərin keçirlməsinin vacib olduğunu bildiblər.
Tədbirin yekununda M. Hüseynov Koalisiyanın bundan sonrakı mərhələdə də bələdiyyələrin fəaliyyətini diqqətdə saxlayacaqlarını vurğulayıb.