Layihə çərçivəsində keçirilən sorğu barədə
“Açıq Cəmiyyət İnsnitutu” Yardım Fondunun maliyyə dəstəyi ilə “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” Mərkəzinin həyata keçirdiyi “Rеgionların sosial-iqtisadi vəziyyətinin öyrənilməsi və onun inkişafı üçün həyata keçirilən tədbirlərin tədqiqi və bu proseslərdə ictimaiyyətin rolunun artırılması” layihəsi çərçivəsində sosiloji-tədqiqat işi nəzərdə tutlmuşdu. Tədqiqat işinin məqsədi reqionların sosial-iqtisadi vəziyyətinin öyrənilməsi, regionların inkişafını nəzərdə tutan “Azərbaycan Respublikası rеgionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramı (2004-2008-ci illər) çərçəvəsində həyata keçırılən tədbirlərin müəyyənləşdirilməsi və mövcud vəziyyəti qiymətləndirərək təhlil aparilmasıdır.
Qarşıya qoyulmuş məqzədə nail olmaq üçün layihə çərçivəsində həyata keçirilən ictimai müzakirələr zamanı, layihənin həyata keçirildiyi ərazilərdə - Aran iqtisadi rayonunda (Yevlax, Minəçevir. Bərdə) əhali arasında sorgu keçirilmişdır.
Sorgu həyata keçirilmə müddəti layihə icra olunan andan başlayaraq demək olar ki, bütün müddər ərzində davam etmişdir. Sosioloji-tədqiqat işi şərti olaraq 3 dövrə bölünmüşdü: 1) sorğuya hazırlıq, təşkilatı işlərin yekunlaşdırılması, respondentlərin müəyyənləşdiriliməsi, anketin tərtib olması, onun təsdiqi və çoxaldilması, 2) respondentlər arasında anketlərin paylanması, sorğunun keçirilməsi, 3) nəticələrin hesablanması, əldə olunmuş nəticələrə görə təhlilin aparılması.
İlkin olaraq sorğunu həyata keşirmək üçün 4 nəfərdən ibarət ekspert qrupu təşkil olunmuş və bu qrup movzu ilə bağlı prearitet məsələləri araşdıraraq, bu istiqamətdə anket forması tərtib etmiş və anket formasını koalisiya daxilində yayaraq, ilkin müzakirəyə çıxarmış. Müzakirələr həm virtual, həm də canlı aparılmış. 2-4 həftə ərzində aparılan müzakirələrin nəticəsi olaraq daxil olan irad və təkliflər araşdırılmış və nəzərə alınmışdır. Daha sonra isə anketin son variantı Koalisya Şurasının iclasında müzakirəyə çəxarılmış və təsdiq edilmişdir.
Anket forması təsdiq edildikdən sonra 700 ədəd çap edilərək paylanmışdır. Əvvəlcədən sorğunun iki istiqamətdə - layihə çərçivəsində ictimai müzakirələrdə və təsadüfü seçmə üsulu ilə həyata keşirilməsi nəzərdə tutulduğundan ikinci istiqamət üzrə işi görmək üçün 8 nəfər anketyor cəlb edilmişdir. Anketyorlarla müəyyən hazırlıq, izahat işləri aparıldıqdan sonra onlar sorgunu həyata keçirmişlər.
Beləliklə sorgu Mingəçevir şəhərini, Yevlax və Bərdə rayonlarını əhatə etmişdir. Sorğu iştirakçılarının 37%-i Yevlax şəhərini, 35%-i Mingəçevir şəhərini, 28% Bərdə şəhərini təmsil etmişlər. Cinsi tərkibinə görə sorğu işturakçılarının 59,2%-i kişi, 40,8%-i isə qadın idi. Bundan əlavə respondentlərin yaş tərkibi haqda məlumat aşağıdakı kimidir; 26,4 % - 18-25 yaş, 45,2% - 25-35 yaş, 14,8% 35-45 yaş, 9,6% - 45-55 yaş və 4,2% - 55 yaş və daha artıq.
Sonuncu mərhələdə bütün sorğular topalanaraq, ekspertlər tərəfindən nəticələr hesablanacaq və nəticələrə uyğun olaraq təhlil aparılacaq müvafiq sənəd hazırlanacaqdır.
Əhməd N. Abbasbəyli