Müxalifətin prezidentliyə neçə namizədi olacaq?

Əhməd Abbasbəyli: “Bu düşərgənin ən azı 5-6 namizədinin olacağını indidən demək olar”
Gələn il Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçiriləcək. Artıq bəzi siyasi partiya rəhbərləri seçkidə iştirak edəcəklərini açıq şəkildə bəyan ediblər. Məsələn, Müsavat Partiyası Divanı dekabrın 24-də keçirilən iclasında partiya başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsini Məclisə tövsiyə edib. Məclisin yanvarın 4-də keçiriləcək iclasında İ.Qəmbərin namizədliyinin partiya tərəfindən rəsmən irəli sürüləcəyi gözlənilir. Bəs, ümumilikdə müxalifətin prezidentliyə neçə namizədinin olacağı gözləniləndir? Bu düşərgənin mümkün namizədləri kimlərdir? Bu sualla müraciət etdiyimiz Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri, AMİP-in təşkilat məsələləri üzrə keçmiş katibi Əhməd Abbasbəyli bildirib ki, müxalifətin yekcins olmaması, rəngarəng olması və seçkilərə 10 aya yaxın vaxt qalması bu istiqamətdə fikir yürütmək imkanlarını çətinləşdirir: “Müxalifət adı ilə çıxış edən namizədlər çox olacaq. Azərbaycanın müstəqillik tarixi az olsa da, seçkidə müxalifətin iştirakının formaları ilə bağlı xeyli maraqlı nümunələr var. Hələ 1990-cı ildə prezident seçkiləri keçiriləndə müxalifət seçkiləri boykot etdi. Ancaq həmin vaxt müxalifət adı ilə bir neçə alternativ namizəd irəli sürüldü. Həmin insanlar guya hakimiyyətin bu və digər siyasətini tənqid edirdilər. Amma onların əsas məqsədi seçkiyə demokratik imic verib alternativlik görüntüsü yaratmaq idi. Bu hərəkətlər daha sonrakı illərdə də təkrarlanıb”.
Ə.Abbasbəyli qeyd edib ki, hələlik İ.Qəmbərin namizəd olacağı dəqiqdir: “İsa Qəmbər Azadlıq Radiosuna müsahibəsində vahid namizəd ideyasının reallaşmayacağını bildirməklə eyni zamanda özünün namizəd olacağını bəyan etdi. Onun müsahibəsindən çıxan nəticə bundan ibarət idi ki, “istəyirsiniz mənim namizədliyimi dəstəkləyin, istəmirsinizsə dəstəkləməyin. Bu sizin öz işinizdir. Mən bütün hallarda namizəd olacağam”. Bu baxımdan bu gün üçün İsa Qəmbərin namizəd olacağını əminliklə söyləmək olar”.
Ə.Abbasbəyli AXCP sədri Əli Kərimlinin də budəfəki seçkidə şansını sınayacağını düşünür: “AXCP seçki ilə bağlı yekun qərarını gələn ilin ortalarında verəcəyini açıqlayıb. Ancaq həm mətbuatda, həm də sosial şəbəkələrdə Əli Kərimlinin namizədliyi məsələsi çox hallanır. Əli Kərimlinin tərəfdarları və bəzi ziyalılar, vətəndaş cəmiyyəti nümayəndələri onun namizəd olması üçün təşəbbüs göstərirlər. Düşünürəm ki, Əli Kərimli də namizəd olacaq”.
Müsahibimiz qeyd edib ki, Ümid Partiyasının sədri İqbal Ağazadənin də namizəd olacağı gözləniləndir: “Bu yaxınlarda Ümid Partiyasının Gənclər Təşkilatının tədbiri keçirilib və 2013-cü il prezident seçkilərində İqbal Ağazadəni dəstəkləmək qərarı verilib. Güman etmək olar ki, İqbal Ağazadə “Qarabağ” blokunun vahid namizədi olacaq. Ancaq İqbal Ağazadənin bugünlərdə mətbuata verdiyi bir açıqlamanı da nəzərə almaq lazımdır. İqbal Ağazadə bildirib ki, 2013-cü ilin prezident seçkisində kimin namizəd olacağı Ümid Partiyasının yanvarın 29-da keçiriləcək genişləndirilmiş müşavirəsində bilinəcək”.
Ə.Abbasbəyli deyib ki, artıq KXCP sədri Mirmahmud Mirəlioğlunun da namizəd olacağı bəyan olunub: “Mirmahmud bəy KXCP-nin seçkilərdə iştirak edəcəyini, onun namizədliyinin irəli sürüləcəyini bildirib”. Ekspert qeyd edib ki, bundan əlavə Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin də namizəd olacağı gözləniləndir: “Rəsul Quliyev Azərbaycana gəlmək və prezident seçkisində iştirak etmək niyyətini bəyan edib. Amma onun hazırkı hüquqi vəziyyəti bu gün namizədliyinin irəli sürülməsinə və məsələnin rəsmiləşdirilməsinə imkan vermir. Əgər situasiyada hər hansı dəyişiklik olmasa, Rəsul Quliyevin bu seçkidə iştirak etməsi sual altına düşür”.
QHT sədri parlamentdə təmsil olunan partiyalardan VHP sədri Sabir Rüstəmxanlının, BAXCP sədri Qüdrət Həsənquliyevin, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın namizəd ola biləcəyini mümkün saydığını bildirib: “Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də seçkidə iştirak edəcəyini açıqlayıb. Liberal Partiyasının lideri Lalə Şövkətin və AMİP lideri Etibar Məmmədovun budəfəki seçkilərə qatılacağını gözləmirəm. Çünki bu insanlar hələlik, namizəd olacaqları ilə bağlı heç bir açıqlama verməyiblər. Düzdür, AMİP sədri Yusif Bağırzadə bir müddət öncə Etibar Məmmədovun müxalifətin vahid namizədi olması kimi bir təklifdə bulundu. Ancaq bu təklifə çox da isti yanaşılmadı. Bu gün müxalifət partiyalarının Etibar Məmmədovun namizədliyini müdafiə edəcəklərini düşünmürəm. Müxalifət Etibar Məmmədovun kifayət qədər nüfuzlu olduğu 1998-ci ildə onu müdafiə etmədi, aktiv siyasətdən uzaqlaşdığı indiki dövrdə xüsusilə müdafiə etməz. Sosial-demokratların da seçkidə iştirak edəcəyi inandırıcı görünmür. Partiyanın həmsədri Ayaz Mütəllibovun öz postundan və siyasətdən uzaqlaşması sosial-demokratların qərarına təsirsiz ötüşməyəcək. Respublikaçı Alternativ Hərəkatının rəhbəri İlqar Məmmədovun namizəd ola biləcəyi ilə bağlı yayılan xəbərlərin də kəşfiyyat xarakteri daşıdığını düşünürəm. Yəni, İlqar Məmmədov namizədliyini irəli sürəcəyi təqdirdə reaksiyanın necə olacağını öyrənmək istəyir. Zənnimcə, İlqar Məmmədov da namizəd olmayacaq. Ziyalılar Forumunun kimisə dəstəkləyəcəyi mümkündür. Ancaq bunun kim olacağı müəmmalıdır. Çünki bəzi mətbuat orqanlarında onların Eldar Namazovu dəstəkləyəcəyi deyilmişdi. Amma sonra bu məlumat öz təsdiqini tapmadı. Yəqin ki, onlar kimisə dəstəkləyəcəklər, amma bunun kim olacağını zaman göstərəcək. Beləliklə, bu günə olan müşahidələr müxalifətin təxminən 7-8, ən azı 5-6 namizədinin olacağını deməyə əsas verir”.
Səxavət Həmid

Yorumlar 76