Narkomaniya ilə cinayətkarlıq arasında sıx əlaqələr mövcuddur
Əhməd Abbasbəyli
Narkomaniya! Soruşa bilərsiniz. Niyə bu məsələ belə aktualdır?. çünki məhz bu an milyonlarla insan narkotik qəbul edirlər. Narkomaniya - dəhşətli xəstəlikdir. Hər şeydən əvvəl bu insan beyinin və şüurunun xəstəliyidir. Hesab edilir ki, şəxsiiyyətin fiziki və sosial deqradasityası nəticəsində narkomanlar ictimai həyatdan (ailə, əmək, siyas və s., ) kənarlaşırlar.
Bu gün narkomanlıq və narkotizm dünya birliyi qarşısında duran ən mürəkkəb problemlərdən biridir. Bu, həm sosial-iqtisadi, həm də tibbi cəhətdən ən təhlükəli bəla hesab edilir. Mütəxəssislər bu qənaətə gəliblər ki, narkomaniya cəmiyyətin gələcəyi üçün iki böyük təhlükənin daşıyıcısıdır. Birincisi, narkomaniya ilə xəstələnmiş şəxs özünün, ailəsinin, nəhayət, cəmiyyətin həyatında arzuolunmaz mənfi dəyişikliklərə gətirib çıxarır. İkincisi, cinayətkarlığın, zorakılığın, o cümlədən işsizliyin, təhlükəli xəstəliklərin yaranmasına səbəb olur.
Narkomaniyaya qurşananların sayının getdikcə artması bu problem ətrafında xeyli düşünməyə əsas verir. Təəssüflə qeyd etmək lazımdır ki, bu problem Azərbaycan Respublikasında da aktual olaraq qalır. Qeyd olunan problem tədricən insan nəslinin məhvinə gətirib çıxarır.
Məlumdur ki, narkotik vasitələrdən təkrar istifadə narkotikadan asılılığa səbəb olur. Həmin insanlar narkomaniyanın əsirinə çevrilir, ətraf aləmdən təcrid olur, onların orqanizmində tədricən zəifləmə baş verir. Narkomaniyadan asılılığın iki əlaməti-fiziki və psixi asılılıq mövcuddur. Fiziki asılılıq narkotik vasitələrin qəbulu zamanı insan orqanizmində fəaliyyətin dəyişilmiş vəziyyəti ilə müşahidə olunur. Belə halda insan orqanizmi daimi olaraq narkotik maddənin qəbulunu tələb edir. Psixi asılılıq isə müəyyən hiss-həyəcanı aradan qaldırmaq və əhval-ruhiyyənin yüksəldilməsini özündə əks etdirir. Bu zaman narkotik qəbul edənlər ətraf aləmdən həzz almaq və düşdüklərini çətin vəziyyəti bir anlıqda olsa unutmağa çalışırlar.
Narkomaniya ilə cinayətkarlıq arasında sıx əlaqələr mövcuddur. Birincisi, narkomanlar obyektiv və ya subyektiv olaraq cinayət törətməyə meyillidirlər. Əvvəla, narkotiklərin qanuni dövriyyədən narkotiklərin çıxarılması artıq cinayət əməlidir. Digər tərəfdən, narkotik vasitələrdən asılılıq, ondan varlanmaq istəyi həmin adamları yeni cinayətlər törətməyə məcbur edir. Narkomaniya xəstələri öz davranışlarına fərdi-iradi nəzarəti itirirlər və bu hal onlara müxtəlif cinayətlərin törədilməsini asanlaşdırır. İkincisi, narkotik vasitələrə mövcud tələbat, qeyri-ixtiyari uyğun təklif yaradır. Bu da onun əkilib-becərilməsi, istehsalı, satışı, hətta oğurlanması kimi ağır cinayətlərin baş verməsi ilə nəticələnir.
üçüncüsü, narkotiklərə aludə olan şəxslərin yüksək viktimlik xüsusiyyətlərinə malik olmasıdır ki, bu da çox zaman onların özlərinin cinayətlərin qurbanlarına çevrilməsinə gətirib çıxarır.
Narkomanlıq cəmiyyətin genefondunu məhv edir. Hər kəs ilk növbədə yeniyetmələri bu bəladan qorumalıdır ki, onlar keçid dövrlərində narkomanların cənginə keçməsinlər. Narkotik qəbul edən yeniyetmənin kriminal meyilləri daha təhlükəlidir. Xarakterin zəifliyi, mənəvi özünənəzarətin hələ tam formalaşmaması onların cinayət əməllərinə sövq edilməsini asanlaşdırır.
Narkotik maddələrdən asılılıq narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir problemə - İİV/QİçS virusuna yoluxmasına gətirib çıxarır. İİV - insanın immunçatışmazlığı virusu immun sistemini məhv edən virusdur və bunun nəticəsi olaraq insan orqanizmi ən adi infeksiyalara qarşı belə müqavimət qabiliyyətini itirir. Təhlillər bir daha sübut edir ki, İİV/QİçS-ə yoluxma hadisəsi narkomanlar arasında daha tez baş verir. Bunun narkomanlar arasında yayılmasına ən çox narkotik maddənin hazırlanması üçün lazım olan iynə, şpris və ya digər yoluxmuş alətlərin birgə istifadəsi səbəb olur.
Amma yaddan çıxarmayaq ki, narkomaniya AİDS-dən də ciddi problemdir və HİV-infeksiyanın inyeksiya vasitəsilə yayılması ona daha böyük impuls verir.
Araşdırmalar da göstərir ki, narkotik eyforiya və ya abstinensiya vəziyyətində olan yeniyetmənin törətdiyi cinayətlər çox zaman motivsiz, mənasız xarakter daşıyır, bir çox hallarda vandalizm hərəkətləri doğurur.
Bu yerdə bir məsələyə toxunmaq istəyirik: hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyatlar da sübut edir ki, bu cinayətlə məşğul olanlar gec-tez aşkarlanır, qanun qarşısında cavab verməli olurlar. Belələrini uzun müddət həbslər gözləyir. Əgər kimsə, məsələn, narkotik maddə qəbul edən şəxs bir müddət “gizlənə” bilirsə, sonda onu ağır xəstəlik, sonsuz ağrılar, qorxulu fəsadlar, sonsuzluq və digər çox təhlükəli sonluq gözləyir. Narkotik vasitələrin mütəmadi istifadəsi insanın bioloji varlığına &o