Şuranın dəstəyilə “Məhkumların və yeni azad olanmuş şəxslərin hüquqlarının müdafiəsi proqramı” davam edir

Şuranın dəstəyilə “Məhkumların və yeni azad olanmuş şəxslərin hüquqlarının müdafiəsi proqramı” davam edir

«Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnкişаfı» İctimаi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Məhkumların və yeni azad olunmuş şəxslərin hüquqlarının müdafiəsi proqramı” layihəsi çərçivəsində tədbirləri davam etdirir.
qhtxeber.az-a verilən məlumata görə, layihə çərçivəsində növbəti tədbir Quba şəhərində keçirilib.
Tədbirdə məhkumluq həyatı yaşamış insanların azadlığa çıxdıqdan sonra normal həyata qayıtması, onların sosial reabilitasiyası üçün vacib olan tədbirlərdən, müvafiq strukturlar qarşısında duran vəzifələrdən danışılıb, cəmiyyətimizdə cinayətkarlığın azalması üçün atılması vacib olan addımlar barədə ətraflı müzakirələr aparılıb.
Tədbirdə iştirakçılara layihə çərçivəsində hazırlanmış bukletlər paylanıb. Əlavə olaraq mövzu ilə bağlı müxtəlif vəsaitlər - kitablar, bukletlər rayonda fəaliyyət göstərən təşkilatlara və kitabxanaya hədiyyə edilib.