Məhkumların və yeni azad olanmuş şəxslərin hüquqlarının müdafiəsi proqramı
"Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı” İctimаi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Məhkumların və yeni azad olanmuş şəxslərin hüquqlarının müdafiəsi proqramı” layihəsi çəərçivəsində tədbirlər davam edir. Layihə iyul-oktyabr ayları üçün nəzərdə tutulub. Layihənin məqsədi həbsхаnаdа оlаn məhkumların yаşаyışı ilə mаrаqlаnmаq, оnlаra mənəvi dаyаq оlmаq, hüquqi yаrdım еtmək, nоrmаl həyаtlа əlаqəsini qurmаğа, məhkumluqdan sonra cəmiyyətə inteqrasiyasına yardım etməkdir. Lаyihə həbsхаnаyа düşmüş bir çох insanların аzаdlığа çıхdıqdаn sоnrа, prоblеmlərlə üzləşməməsi üçün yаrdım еtmək, оnlаrın rеаbilitаsiyаsı, və nоrmаl həyаtа qаyıdışını, аdаpdаsiyаını аsаnlаşdırmаğı nəzərdə tutur.
Layihə qeyd edildiyi kimi əsas vəzifələrdən biri də cəzaçəkmə müəsissələrində azad olunmuş keçmiş məhkumların azadlığa çıxdıqdan sonra qarşılaşdığı problemlərin həllində yardımçı olmaqdır. Bu istiqamətdə növbəti tədbiri sentyabr ayının 29-da 2 saylı CÇM-də baş tutub. Tədbir çərçivəsində məhkumluq həyatı yaşayan insanların hüquqları, onların saxlanma şəraitinin yaxşılaşdırılması, azadlığa çıxdıqdan sonra normal həyata qayıtması, onun sosial reabilitasiyası üçün vacib olan tədbirlərdən, müvafiq strukturlar qarşısında duran vəzifələrdən danışılmış, cəmiyyətimizdə cinayətkarlığın azalması üçün atılması vacib olan addımlar barədə ətraflı müzakirələr aparılıb. Tədbirdə giriş söz ilə təşkilatın rəhbəri Əhməd Abbasbəyli layihə barədə, onun məqsədi barədə məlumat verib. Ekspertlər İsmayıl Kərimov, Toğrul Nuri mövzu ilə bağlı məruzələr etmiş, iştirakçıların suallarını cavablandırıblar. Tədbirdə layihə çərçivəsində hazırlanmış bukletlər paylanıb. Əlavə olaraq mövzu ilə bağlı müxtəlif vəsaitlər- kitablar, bukletlər rayonda fəaliyyət göstərən təşkilatlara və kitabxanaya hədiyyə edilib.