Narkomaniyanın qarşısının alınması ilə bağlı layihə həyata keçirilir
Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyi və "Rezonans" Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Respublika Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə narkotik vasitələrin və narkomaniyanın ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı birgə layihə həyata keçirir.
Bu barədə SİA-ya Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinni sədri Əhməd Abbasbəyli məlumat verib. Bu gün narkomaniyaya qarşı mübarizənin dünya dövlətləri qarşısında duran ən mürəkkəb problemlərdən biri olduğunu deyən Ə.Abbasbəylinin sözlərinə görə, Azərbaycanda da narkomaniyaya qurşananların sayının getdikcə artması bu problem ətrafında ciddi düşünməyə əsas verir.
"Narkomaniya ilə cinayətkarlıq arasında sıx əlaqələr mövcuddur. Birincisi, narkomanlar obyektiv və ya subyektiv olaraq cinayət törətməyə meyillidirlər. İkincisi, narkotik vasitələrə mövcud tələbat, qeyri-ixtiyari uyğun təklif yaradır. Bu da onun əkilib-becərilməsi, istehsalı, satışı, hətta oğurlanması kimi ağır cinayətlərin baş verməsi ilə nəticələnir. Üçüncüsü, narkotiklərə aludə olan şəxslərin yüksək viktimlik xüsusiyyətlərinə malik olmasıdır ki, bu da çox zaman onların özlərinin cinayətlərin qurbanlarına çevrilməsinə gətirib çıxarır. Narkomanlıq cəmiyyətin genefondunu məhv edir və ilk növbədə yeniyetmələri bu bəladan qorumaq lazımdır ki, onlar keçid dövrlərində narkomanların cənginə keçməsinlər", - deyən layihə rəhbəri hesab edir ki, narkomaniya və narkobiznes təhlükəli cinayətlər olduqları üçün onlara qarşı ümummilli mübarizə mütləq lazımdır.