"Cəmiyyət təhsil sistemində korrupsiya əleyhinə"
"Cəmiyyət təhsil sistemində korrupsiya əleyhinə"
"Cəmiyyətin və vətəndaş münasibətlərinin inkişafı" İctimai Birliyi German Marşal Fondunun (Black Sea Trust) maliyyə dəstəyi ilə "Cəmiyyət təhsil sistemində korrupsiya əleyhinə!" layihə həyat keçirir. Bu barədə layihənin rəhbəri Əhməd N.Abbasbəyli məlumat verib.
Layihə rəhbərinin sözlərinə görə, bir sıra müsbət təcrübənin, uğurların olmasına baxmayaraq, hələ də Azərbaycanın adı beynəlxalq səviyyələrdə, müxtəlif qurumlar tərəfindən korrupsiya ilə, rüşvətxorluqla bağlı hallandırılır. "Bunun haqlı və ya haqsız olması tamam başqa bir söhbətin mövzusudur. Lakin istənilən halda biz bir vətəndaş, bir QHT kimi ölkənin imicinə xələl gətirəcək hər bir hərəkətin qarşısını almağa, ona qarşı mübarizə üçün birləşməyə hazır olmalı, birgə fəaliyyət göstərməliyik", - deyən Abbasbəyli hesab edir ki, digər tərəfdən, gənc nəslin bu münasibətlərin, bu təpkilərin təsiri altında yetişməsi müsbət hal deyil.
Dediyinə görə, layihəni həyata keçirməkdə əsas məqsəd cəmiyyətdəki münasibətlərə şəffaflıq gətirməklə yanaşı, gənclərin düzgün formalaşmasına yardım etməkdir. Bu istiqamətdə ilk addımlardan biri də yerlərdə dövlət büdcəsindən maliyyələşən strukturların (o cümlədən icra orqanları, təhsil və səhiyyə müəssiəsələri), fəaliyyəti ilə tanış olmaq, həmin təşktilatlarda şəffaflığın bərqərar olmasına yardım etməkdir.
Layihə çərçivəsində Gəncə və Şirvanda tədbir keçirilib. Təhsil müəsissələrinin əməkdaşları, müəllimlər, valideynlər, tələbə və şagirdlərin iştirak etdiyi tədbirlərdə təhsil müəsissələrində vəziyyət barədə müzakirələr aparılıb, bu sahədəki problemlərə və onun aradan qaldırılması üçün təkliflər səslənib. İştirakçılar problemin cəmiyyətdə daha çox diqqət cəlb etməsi üçün tədbirlər həyata keçirməyin zəruriliyini bildiriblər.