AZƏRBAYCAN RESPUBLİKASI REGİONLARININ SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMI
(2004 - 2008-Cİ İLLƏR)
1.6. Aran iqtisadi rayonu
Aran iqtisadi rayonu Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab inzibati rayonlarını və Əli-Bayramlı, Mingəçevir, Yevlax şəhərlərini əhatə edir.
Aran iqtisadi rayonu əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 21,43 min kv.km olmaqla ölkə ərazisinin 24,7 faizini əhatə edir. Aran iqtisadi rayonunun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdən ibarətdir. İqtisadi rayonun yalnız ətraf dağlara yaxın hissələrinin səthi meyllidir. Region üçün əsasən quru subtropik iqlim xarakterikdir.
İqtisadi rayonun yaşayış üçün əlverişli təbii şəraiti və əlverişli iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. İqtisadi rayonun ümumi əhalisinin sayı 1667,1 min olmaqla ölkə əhalisinin 20,5 faizini təşkil edir. İqtisadi rayonda əhalinin orta sıxlığı hər kv km.-ə 78 nəfər təşkil edir.
Aran iqtisadi rayonunun əsas yeraltı sərvətləri neft, təbii qaz, yodlu və bromlu mədən sularından, müxtəlif tikinti materiallarından ibarətdir. Bu ehtiyatlar əsasən rayonun mərkəz və cənub-şərq hissəsində cəmlənmişdir. Bol günəş enerjisi, Kür və Araz çaylarının su ehtiyatları, əkinə yararlı geniş torpaq fondu rayonun başlıca təbii sərvətlərindəndir. Aran iqtisadi rayonu həm yeraltı, həm də yerüstü yanacaq-energetika mənbələrinə malikdir.
Aran iqtisadi rayonunda sənaye nisbətən inkişaf etmişdir. Rayonun sənayesi, əsasən, onun cənub-qərbində (Əli-Bayramlı, Salyan, Neftçala) və şimal-qərbində (Mingəçevir və Yevlax şəhərlərində) cəmlənmişdir. Elektroenergetika rayonun inkişaf etmiş və ixtisaslaşmış sahələrindən biridir. Mingəçevir şəhərinin iki elektrik stansiyasının istehsal etdiyi enerji ölkədə istehsal edilən enerjinin təxminən 60 faizi həcmindədir.
Kimya, maşınqayırma, yüngül, yeyinti, tikinti materialları istehsalı sənayesi iqtisadi rayonun sənayesinin əsasıni təşkil edir. Kimya sənayesi müəssisələri Mingəçevir, Salyan, Neftçala şəhərlərində fəaliyyət göstərir. Salyanda plastik kütlə zavodu, Neftçalada yod-brom zavodu mövcuddur. Mingəçevir, Əli-Bayramlı və Salyan iqtisadi rayonun maşınqayırmasının əsas mərkəzləridir. İqtisadi rayon ərazisindəki bütün inzibati rayonların mərkəzlərində yeyinti sənayesi müəssisələri mövcuddur. Bu sahəyə aid müəssisələr arasında pambığın ilkin emalını həyata keçirən pambıqtəmizləmə zavodları məhsul istehsalına görə yüksək xüsusi çəkiyə malikdir. Bununla yanaşı, pambıq parça toxuculuğu (Mingəçevir), yunun ilkin emalı (Yevlax), süni gön-dəri istehsalı (Əli-Bayramlı), xalçaçılıq (Qazı Məmməd) yüngül sənayenin mühüm sahələridir. Regionun yeyinti sənayesi meyvə-tərəvəz (Sabirabad), balıq konservləri (Bankə), ət-süd və heyvandarlıq məhsullarının emalına əsaslanır.
İnkişaf etmiş sənayesi ilə yanaşı Aran iqtisadi rayonu mühüm kənd təsərrüfatı rayonudur. Rayonun kənd təsərrüfatı suvarma əkinçiliyinə əsaslanır. Pambıqçılıq, taxılçıiıq, üzümçülük, quru subtropik meyvəçilik, bostançiliq kənd təsərrüfatının ixtisaslaşmış sahələridir. Azərbaycanda istehsal olunan pambığın 90 faizdən çoxu bu rayonun payına düşür. İqtisadi rayonda həmçinin kartof, şəkər çuğunduru əkilir.
Aran iqtisadi rayonu ölkə əhəmiyyətli magistral nəqliyyat xəttləri (dəmir və şose yolları) üzərində yerləşir. Bakı şəhərini ölkənin əsas iqtisadi rayonları, Gürcüstan, İran və Türkiyə ilə birləşdirən nəqliyyat yolları bu rayonun ərazisindən keçir. Son vaxtlar beynəlxalq yükdaşımaların çoxalması bu yolların əhəmiyyətini artırmışdır. Yevlax-Bakı hava yolu fəaliyyət göstərir.