AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKÜMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ KONSEPSİYASI

Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Ölkəmizin sürətli iqtisadi və sosial inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində dövlətin imkanlarını genişləndirir, qeyri-hökumət təşkilatlarını dəstəkləmək və təşviq etmək üçün dövlət siyasətinin təkmilləşdirilməsini şərtləndirir.
Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin məqsədləri cəmiyyətimizdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir.
I. Azərbaycan Respublikasında qeyri-hökumət sektorunun vəziyyətinin təhlili

Müstəqillik dövründə Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən ictimai birliklərdən, fondlardan və digər qeyri-hökumət təşkilatlarından ibarət qeyri-hökumət sektoru formalaşmışdır.
Bu proseslərin təhlili göstərir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının təşəkkülü bir neçə mərhələdən keçmişdir.
İlkin mərhələ qeyri-hökumət təşkilatlarının yaranmasında sistemliliyin olmaması və pərakəndəliklə xarakterizə olunur. Bundan əlavə, dövlət tərəfindən qeyri-hökumət sektoruna münasibətdə ümumi yanaşma və prioritetlərin müəyyənləşməsi prosesi gedir.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra qeyri-hökumət təşkilatlarının keyfiyyət və kəmiyyət artımı, eyni zamanda fəaliyyət növləri üzrə diferensiasiyası baş verir. Vətəndaş cəmiyyətinin fəaliyyəti ilə əlaqədar müvafiq qanunvericilik bazası yaradılır. 2000-ci ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" yeni qanun qəbul edilir. Qeyri-hökumət təşkilatları ilə bir sıra sahələrdə əməkdaşlıq həyata keçirilir, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə Qeyri-hökumət Təşkilatlarının Təlim və Resurs Mərkəzi yaradılır.
Müasir dövrdə qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilir. Belə şəraitdə dövlət orqanları ilə qeyri-hökumət sektorunun bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb edir.
Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, hazırda müxtəlif istiqamətlər üzrə vətəndaş cəmiyyəti institutlarının kifayət qədər sabit qrupları formalaşmışdır. Ölkədə qaçqın, məcburi köçkün, əlil və veteranların problemlərinin həlli sahəsində 73, hüquq müdafiəsi ilə bağlı 121, uşaq və gənclərlə bağlı 191, gender məsələləri üzrə 79, səhiyyə yönümlü 68, ekologiya sahəsində 77, iqtisadi yönümlü 218, sahibkarlıqla bağlı 63, təhsil, elm və texnika sahəsində 176, jurnalistlərin problemləri ilə bağlı 43, mədəniyyət və incəsənətlə bağlı 113 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.
II. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin əsas prinsip və formaları

Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin formalaşması və həyata keçirilməsi aşağıdakı prinsiplərə əsaslanır:
- qanunçuluq;
- tərəfdaşlıq - sosial problemlərin həllində, sosial siyasətin prioritetlərinin müəyyən olunmasında qeyri-hökumət təşkilatlarının və dövlət orqanlarının birgə iştirakı;
- şəffaflıq - dövlət tərəfindən maliyyə və digər dəstəyin təqdim olunmasında aşkarlıq və maraqlı qeyri-hökumət təşkilatları üçün məlumatdan ümumi istifadə etmək imkanı;
- uzlaşdırma - qarşıya qoyulmuş məqsədlərə nail olunmasında və ümumi fəaliyyətin təşkili üsulları ilə bağlı razılaşdırılmış qərarların qəbulu;
- məsuliyyət - dövlət tərəfindən maliyyələşən proqramlar və layihələr üzrə təsdiq olunmuş müqavilələrin şərtlərinə ciddi riayət olunması.
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qeyri-hökumət təşkilatlarına maliyyə və başqa formalarda yardım edə bilər. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi məlumat, konsultativ, metodiki, təşkilati-texniki, maliyyə yardımı və digər formalarda həyata keçirilə bilər.
Qeyri-hökumət təşkilatlarına məlumat dəstəyi qeyri-hökumət sektorunun sosial problemlərin həlli sahəsində fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasını, Azərbaycanda qeyri-hökumət sektorunun inkişafı haqqında xüsusi rubrikaların, tematik radio və televiziya verilişlərinin yaradılmasını nəzərdə tutur.
Qeyri-hökumət təşkilatlarına konsultativ dəstək qanunvericilik və digər normativ hüquqi aktların izah edilməsində, iş metodları və istiqamətləri, dövlət dəstəyinin alınması imkanları, ölkədə mövcud qeyri-hökumət təşkilatları və sair barədə məlumatın verilməsində ifadə olunur.
Metodiki dəstək metodiki tövsiyələrin, materialların, məlumat kitabçalarının hazırlanması və digər vasitələrlə həyata keçirilir.
Təşkilati-texniki dəstək qeyri-hökumət təşkilatları ilə birgə sosial əhəmiyyətli problemlərin həllinə yönəlmiş "dəyirmi masa"lar, seminarlar, konfranslar, təlimlər və digər aksiyalar təşkil etməklə həyata keçirilir.
Qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyi dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş məqsədli proqram, layihə və tədbirlərin müsabiqə əsasında dövlət büdcəsindən maliyyələşməsini nəzərdə tutur.
III. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin prioritet sahələri

Dövlət ilk növbədə aşağıdakı sahələr üzrə qeyri-hökumət təşkilatlarının təqdim etdikləri proqram və layihələrə üstünlük verir:
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi;
- qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiə edilməsi;
- qaçqın, məcburi köçkün, əlil və veteranların problemlərinin həll edilməsi;
- azərbaycançılıq ideyasının təşviq olunması;
- Azərbaycanın dünya birliyinə inteqrasiya olunması;
- beynəlxalq təşkilatlarla və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi;
- siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması;
- vətəndaşların hüquqi biliklərinin inkişaf etdirilməsi;
- insan hüquq və azadlıqlarının təmin edilməsi;
- söz, fikir və ifadə azadlığının genişlənməsi;
- regionların sosial-iqtisadi inkişafının təmin edilməsi;
- təhsil, elm, texnika, mədəniyyət və incəsənətin inkişaf etdirilməsi;
- ətraf mühitin mühafizəsi;
- uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkişafı;
- əhalinin sağlamlığının qorunması.
IV. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin təmin olunmasının əsas vasitələri

1. Qanunvericilik bazasının təkmilləşdirilməsi: Vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi ilə qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsinə və dövlət orqanları ilə qeyri-hökumət təşkilatlatlarının münasibətlərinin dərinləşməsinə yönəlmiş normativ hüquqi aktların təkmilləşdirilməsi.
2. Dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi:
- dövlət və vətəndaş cəmiyyəti arasında qarşılıqlı fəaliyyət problemlərinin həlli üçün effektiv dialoq vasitəsi olan vətəndaş forumlarının sistematik keçirilməsi;
- cəmiyyətin demokratikləşməsi prosesinin dərinləşməsinə yönəlmiş dövlətlə qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forması kimi qeyri-hökumət təşkilatlarının məsələləri üzrə qurumun yaradılması;
- dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə maliyyə dəstəyi göstərəcək qeyri-hökumət təşkilatlarına yardım fondunun yaradılması;
- vətəndaş cəmiyyətinin inkişafı proseslərini effektiv müşahidə etmək, əməkdaşlığa yönəlmiş proqramların həyata keçirilməsinin monitorinqini həyata keçirmək üçün milli informasiya-analitik şəbəkəsinin inkişaf etdirilməsi;
- vətəndaş cəmiyyəti institutları ilə əlaqədar məlumat bazasının yaradılması, eləcə də qarşılıqlı əməkdaşlığın forma və metodlarının müəyyən edilməsi, effektiv fəaliyyət mexanizmlərinin formalaşdırılması üzrə dövlət qurumları üçün tövsiyələrin hazırlanması.
V. Dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş məqsədli proqram, layihə və tədbirlərin dövlət tərəfindən maliyyələşməsinin həyata keçirilməsi şərtləri:

- dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında tərəfdaşlığa əsaslanan maliyyə-müqavilə münasibətlərinin formalaşdırılması;
- dövlət tərəfindən maliyyələşən proqram və layihələrin nəticələrinin qiymətləndirilməsi;
- müxtəlif sahələrdə milli fəaliyyət proqramlarının hazırlanması və həyata keçirilməsində dövlətlə qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi.
Yekun müddəalar

Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası qeyri-hökumət təşkilatları ilə bağlı dövlət siyasətinin istiqamətlərini, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin əsas prinsip və formalarını müəyyən edir.
Bu Konsepsiya, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin institusional mexanizmlərinin yaradılmasını, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının təkmilləşdirilməsini, siyasi-hüquqi, vətəndaş mədəniyyətinin formalaşdırılmasında qeyri-hökumət təşkilatlarının iştirakını və vətəndaş cəmiyyəti institutlarının beynəlxalq əməkdaşlıq istiqamətlərini nəzərdə tutur.
Konsepsiya milli maraqların qorunması, Konstitusiyaya və qanunlara, dövlət rəmzlərinə hörmətin formalaşdırılması, eləcə də Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dünyada fəal şəkildə təqdim edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, azərbaycançılıq ideyasının təbliğ edilməsi sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviqini, ümumiyyətlə, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə qeyri-hökumət təşkilatlarının cəlb olunması və belə layihələr üzrə onlara məlumat, metodiki, təşkilati-texniki, maliyyə yardımının göstərilməsini prioritet kimi müəyyən edir.
Beləliklə, Konsepsiyada göstərilən Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının inkişaf problemlərinin həlli, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin sabit və effektiv sisteminin yaradılmasına, eləcə də ölkədə vətəndaş cəmiyyətinin inkişafına xidmət edəcəkdir.

AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKÜMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ KONSEPSİYASI » DEV-SOCIETY.ORG<dev-society.org/title> <meta name="description" content="Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri vətəndaş cəmiyyəti" dev-society.org/> <meta name="keywords" content="v&601, qeyrih&246kum&601t, d&246vl&601t, v&601t&601nda&351, il&601, Qeyrih&246kum&601t, t&601&351kilatlar&305n&305n, t&601&351kilatlar&305na, &252&231&252n, c&601miyy&601ti, edilm&601si, t&601&351kilatlar&305, h&601yata, institutlar&305n&305n, &252zr&601, d&601st&601yinin, inki&351af&305, ba&287l&305, sosial, probleml&601rin" dev-society.org/> <meta name="generator" content="DataLife Engine (http:dev-society.org/dev-society.org/dle-news.ru)" dev-society.org/> <meta property="og:site_name" content="DEV-SOCIETY.ORG" dev-society.org/> <meta property="og:type" content="article" dev-society.org/> <meta property="og:title" content="AZ&#399;RBAYCAN RESPUBL&#304;KASININ QEYR&#304;-H&#214;K&#220;M&#399;T T&#399;&#350;K&#304;LATLARINA D&#214;VL&#399;T D&#399;ST&#399;Y&#304; KONSEPS&#304;YASI" dev-society.org/> <meta property="og:url" content="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/kitabxanadev-society.org/103-az399rbaycan-respubl304kasinin-qeyr304-h214k220m399t-t399350k304latlarina-d214vl399t-d399st399y304-konseps304yasi.html" dev-society.org/> <link rel="search" type="applicationdev-society.org/opensearchdescription+xml" href="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/enginedev-society.org/opensearch.php" title="DEV-SOCIETY.ORG" dev-society.org/> <link rel="alternate" type="applicationdev-society.org/rss+xml" title="DEV-SOCIETY.ORG" href="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/rss.xml" dev-society.org/> <meta name="HandheldFriendly" content="true"> <meta name="format-detection" content="telephone=no"> <meta name="viewport" content="user-scalable=no, initial-scale=1.0, maximum-scale=1.0, width=device-width"> <meta name="apple-mobile-web-app-capable" content="yes"> <meta name="apple-mobile-web-app-status-bar-style" content="default"> <link rel="shortcut icon" href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/favicon.ico"> <link rel="apple-touch-icon" href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/touch-icon-iphone.png"> <link rel="apple-touch-icon" sizes="76x76" href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/touch-icon-ipad.png"> <link rel="apple-touch-icon" sizes="120x120" href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/touch-icon-iphone-retina.png"> <link rel="apple-touch-icon" sizes="152x152" href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/touch-icon-ipad-retina.png"> <link href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/cssdev-society.org/engine.css" type="textdev-society.org/css" rel="stylesheet"> <link href="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/cssdev-society.org/styles.css" type="textdev-society.org/css" rel="stylesheet"> <dev-society.org/head> <body> <div class="page showfull"> <div class="wrp"> <!-- Header --> <header id="header"> <!-- Ara --> <form id="q_search" class="rightside" method="post"> <div class="q_search"> <input id="story" name="story" placeholder="Axtar..." type="search"> <button class="btn q_search_btn" type="submit" title="Tap"><svg class="icon icon-search"><use xlink:href="#icon-search"><dev-society.org/use><dev-society.org/svg><span class="title_hide">Tap<dev-society.org/span><dev-society.org/button> <a class="q_search_adv" href="dev-society.org/index.php?do=search&mode=advanced" title="Ətraflı Axtar..."><svg class="icon icon-set"><use xlink:href="#icon-set"><dev-society.org/use><dev-society.org/svg><span class="title_hide">Ətraflı Axtar...<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/div> <input type="hidden" name="do" value="search"> <input type="hidden" name="subaction" value="search"> <dev-society.org/form> <!-- dev-society.org/ Ara --> <div class="header"> <div class="wrp"> <div class="midside"> <div id="header_menu"> <!-- Логотип --> <a class="logotype" href="dev-society.org/"> <span class="logo_title">DEV-SOCIETY.ORG<dev-society.org/span> <dev-society.org/a> <!-- dev-society.org/ Логотип --> <!-- Bilgiler Menü --> <nav id="top_menu"> <a href="http:dev-society.org/dev-society.org/eng.dev-society.org" title="English"><img src="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/en.png"> English<dev-society.org/a> <a href="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/galereyadev-society.org/index.html" target="_blank" title="Qalereya">Qalereya<dev-society.org/a> <a href="dev-society.org/index.php?do=feedback" title="Əlaqə">Əlaqə<dev-society.org/a> <dev-society.org/nav> <!-- dev-society.org/ Bilgiler Menü --> <!-- Кнопка вызова меню --> <button id="mobile_menu_btn"> <span class="menu_toggle"> <i class="mt_1"><dev-society.org/i><i class="mt_2"><dev-society.org/i><i class="mt_3"><dev-society.org/i> <dev-society.org/span> <span class="menu_toggle__title"> Menyu <dev-society.org/span> <dev-society.org/button> <!-- dev-society.org/ Кнопка вызова меню --> <!-- Кнопка вызова меню --> <button id="search_btn"> <span> <svg class="icon icon-search"><use xlink:href="#icon-search"><dev-society.org/use><dev-society.org/svg> <svg class="icon icon-cross"><use xlink:href="#icon-cross"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/span> <dev-society.org/button> <!-- dev-society.org/ Кнопка вызова меню --> <dev-society.org/div> <dev-society.org/div> <div id="cat_menu"> <nav class="cat_menu"> <div class="cat_menu__tm"><a href="http:dev-society.org/dev-society.org/eng.dev-society.org" title="English"><img src="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/en.png"> English<dev-society.org/a> <a href="http:dev-society.org/dev-society.org/dev-society.orgdev-society.org/galereyadev-society.org/index.html" target="_blank" title="Qalereya">Qalereya<dev-society.org/a> <a href="dev-society.org/index.php?do=feedback" title="Əlaqə">Əlaqə<dev-society.org/a> <dev-society.org/div> <ul> <li><a href="dev-society.org/anadev-society.org/">Dev-Society <span style="float: right;">96<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/haqqimizdadev-society.org/">Haqqımızda <span style="float: right;">7<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/layihedev-society.org/">Layihələr <span style="float: right;">61<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/kivdev-society.org/">KIV <span style="float: right;">247<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/pressdev-society.org/">Press reliz <span style="float: right;">48<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/nesrlerdev-society.org/">Nəsrler <span style="float: right;">33<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/kitabxanadev-society.org/">Kitabxana <span style="float: right;">25<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li><li><a href="dev-society.org/qanundev-society.org/">Qanunlar <span style="float: right;">18<dev-society.org/span><dev-society.org/a> <dev-society.org/li> <dev-society.org/ul> <dev-society.org/nav> <div class="soc_links"> <a class="soc_vk" href="#" title="vКонтакте"> <svg class="icon icon-vk"><use xlink:href="#icon-vk"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/a> <a class="soc_tw" href="#" title="Twitter"> <svg class="icon icon-tw"><use xlink:href="#icon-tw"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/a> <a class="soc_fb" href="#" title="Facebook"> <svg class="icon icon-fb"><use xlink:href="#icon-fb"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/a> <a class="soc_gp" href="#" title="Google"> <svg class="icon icon-gp"><use xlink:href="#icon-gp"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/a> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/header> <!-- dev-society.org/ Header --> <div class="conteiner"> <div class="midside"> <div class="content_top"> <div class="pagetools"> <div class="pagetools_in"> <div class="breadcrumb"> <div class="breadcrumb_in"> <dev-society.org/div> <a class="pagetools_back" href="dev-society.org/"> <svg class="icon icon-left"><use xlink:href="#icon-left"><dev-society.org/use><dev-society.org/svg> <span class="title_hide">Ana Səhifə<dev-society.org/span> <dev-society.org/a> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/div> <section id="content"> <div id='dle-info'><dev-society.org/div> <div id='dle-content'><dev-society.org/div> <dev-society.org/section> <dev-society.org/div> <dev-society.org/div> <div class="footer_menu clrfix"> <div class="rightside"> <a id="upper" href="dev-society.org/" title="Yukarı"> <svg class="icon icon-up"><use xlink:href="#icon-up"><dev-society.org/use><dev-society.org/svg> <dev-society.org/a> <dev-society.org/div> <dev-society.org/div> <footer class="footer"> <div class="wrp clrfix"> <!-- Блок для установки счетчиков --> <div class="rightside"> <div class="counter"> <img src="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/tmpdev-society.org/counter.png" alt=""> <dev-society.org/div> <dev-society.org/div> <!-- dev-society.org/ Блок для установки счетчиков --> <div class="midside"> <!-- Копирайт --> <div class="copyright"> Copyright © 2005–2017 <a href="http:dev-society.org/dev-society.org/fmpyazilim.comdev-society.org/" target="_blank">FMP YAZILIM<dev-society.org/a> All Rights Reserved. Powered by FMP © 2017 <dev-society.org/div> <!-- dev-society.org/ Копирайт --> <a class="ca" href="http:dev-society.org/dev-society.org/fmpyazilim.com" target="_blank" rel="nofollow"><svg class="icon icon-ca"><use xlink:href="#icon-ca"><dev-society.org/use><dev-society.org/svg>Dizayn – FMP YAZILIM<dev-society.org/a> <dev-society.org/div> <dev-society.org/div> <dev-society.org/footer> <dev-society.org/div> <script type="textdev-society.org/javascript"> <!-- var dle_root = 'dev-society.org/'; var dle_admin = ''; var dle_login_hash = ''; var dle_group = 5; var dle_skin = 'Default'; var dle_wysiwyg = '1'; var quick_wysiwyg = '1'; var dle_act_lang = ["Bəli", "Xeyr", "Daxil et", "Ləğv et", "Yadda Saxla", "Sil", "Yüklənir. Zəhmət olmasa gözləyin..."]; var menu_short = 'Sürətli redaktə et'; var menu_full = 'Tam redaktə et'; var menu_profile = 'Profilə bax'; var menu_send = 'Şəxsi mesaj göndər'; var menu_uedit = 'Adminpanelə get'; var dle_info = 'İnformasiya'; var dle_confirm = 'Təsdiq et'; var dle_prompt = 'İnformasiyanı daxil et'; var dle_req_field = 'Bütün vacib sahələri doldurun'; var dle_del_agree = 'Siz həqiqətən seçilmişi silmək istəyirsiniz? Sonradan bu hərəkəti ləğv etmək mümkün olmayacaq'; var dle_spam_agree = 'Siz həqiqətən istəyirsinizmi istifadəçini spammer kimi işareləmək? Bu halda onun bütün şərhləri silinəcək'; var dle_complaint = 'Administrasiya üçün sizin şikayətinizin mətnini göstərin:'; var dle_big_text = 'Mətnin çox böyük sahəsi seçilmişdir.'; var dle_orfo_title = 'Tapılmış qrammatik səhvə administrasiya üçün şərhi göstərin'; var dle_p_send = 'Göndər'; var dle_p_send_ok = 'Xəbərdarlıq müvəffəqiyyətlə göndərildi'; var dle_save_ok = 'Dəyişikliklər müvəffəqiyyətlə saxlanmışdır.'; var dle_reply_title= 'Şərhə cavab yaz'; var dle_tree_comm = '0'; var dle_del_news = 'Xəbəri sil'; var dle_sub_agree = ''; var allow_dle_delete_news = false; var dle_search_delay = false; var dle_search_value = ''; jQuery(function($){ FastSearch(); }); dev-society.org/dev-society.org/--> <dev-society.org/script><script language="javascript" type="textdev-society.org/javascript"> <!-- var dle_root = 'dev-society.org/'; var dle_admin = ''; var dle_login_hash = ''; var dle_skin = 'Default'; var dle_wysiwyg = '1'; var quick_wysiwyg = '1'; var menu_short = 'Sürətli redaktə et'; var menu_full = 'Tam redaktə et'; var menu_profile = 'Profilə bax'; var menu_fnews = 'Bütün Xəbərləri tap'; var menu_fcomments = 'Bütün şərhləri tap'; var menu_send = 'Şəxsi mesaj göndər'; var menu_uedit = 'Adminpanelə get'; var dle_req_field = 'Bütün vacib sahələri doldurun'; var dle_del_agree = 'Siz həqiqətən seçilmişi silmək istəyirsiniz? Sonradan bu hərəkəti ləğv etmək mümkün olmayacaq'; var dle_del_news = 'Xəbəri sil'; var allow_dle_delete_news = false; dev-society.org/dev-society.org/--> <dev-society.org/script> <script type="textdev-society.org/javascript" src="dev-society.org/enginedev-society.org/ajaxdev-society.org/menu.js"><dev-society.org/script> <script type="textdev-society.org/javascript" src="dev-society.org/enginedev-society.org/ajaxdev-society.org/dle_ajax.js"><dev-society.org/script> <div id="loading-layer" style="display:none;font-family: Verdana;font-size: 11px;width:200px;height:50px;background:#FFF;padding:10px;text-align:center;border:1px solid #000"><div style="font-weight:bold" id="loading-layer-text">Yüklənir. Zəhmət olmasa gözləyin...<dev-society.org/div><br dev-society.org/><img src="dev-society.org/enginedev-society.org/ajaxdev-society.org/loading.gif" border="0" alt="" dev-society.org/><dev-society.org/div> <div id="busy_layer" style="visibility: hidden; display: block; position: absolute; left: 0px; top: 0px; width: 100%; height: 100%; background-color: gray; opacity: 0.1; -ms-filter: 'progid:DXImageTransform.Microsoft.Alpha(Opacity=10)'; filter:progid:DXImageTransform.Microsoft.Alpha(opacity=10); "><dev-society.org/div> <script type="textdev-society.org/javascript" src="dev-society.org/enginedev-society.org/ajaxdev-society.org/js_edit.js"><dev-society.org/script> <script type="textdev-society.org/javascript" src="dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/jsdev-society.org/lib.js"><dev-society.org/script> <script type="textdev-society.org/javascript"> jQuery(function($){ $.get("dev-society.org/templatesdev-society.org/Defaultdev-society.org/imagesdev-society.org/sprite.svg", function(data) { var div = document.createElement("div"); div.innerHTML = new XMLSerializer().serializeToString(data.documentElement); document.body.insertBefore(div, document.body.childNodes[0]); }); }); <dev-society.org/script> <dev-society.org/body> <dev-society.org/html> <!-- DataLife Engine Copyright SoftNews Media Group -->