Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 iyul tarixli 2288 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılsın.
2. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
3.1. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və onun Katibliyinin fəaliyyətinin təşkili üçün müvafiq yerin ayrılması və maddi-texniki təminatı ilə bağlı məsələləri həll etsin;
3.2. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin xərclər smetasını və işçilərinin say həddini müəyyən etsin.
3.3. Dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqram və layihələrin həyata keçirilməsinə qeyri-hökumət təşkilatlarını cəlb etmək məqsədi ilə hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən müvafiq vəsaitin ayrılması nəzərdə tutulsun.
3.4. Bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki:
4.1. Qeyri-hökumət təşkilatlarına ayrılması nəzərdə tutulmuş vəsaitlərin istifadə edilməsi qaydasını təsdiq etsin.
5. Bu fərman imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti