Bu gün Hüsnü Mübarək barəsində məhkəmə hökmü elan ediləcək
Bu gün Hüsnü Mübarək barəsində məhkəmə hökmü elan ediləcək
Keçmiş Misir prezidentini ölüm cəzası gözləyir
Bu gün Qahirə məhkəməsi Misirin keçmiş prezidenti Hüsnü Mübarək barəsində hökm elan edəcək. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, hökmün elan ediləcəyi Qahirə Polis Akademiyasına təhlükəsizlik qüvvələri cəlb ediləcək. Şəhərdə ictimai asayişə 20 min polis və 160 tank nəzarət edəcək.
Ötən ilin fevralında vəzifəsindən kənarlaşdırılan Hüsnü Mübarək korrupsiya cinayətlərində, o cümlədən, polisə nümayişçilərə atəş açmaq əmri verməklə 800 nəfərin ölümünə səbəb olmaqda ittiham edilir.
Bu gün Hüsnü Mübarəklə yanaşı keçmiş daxili işlər naziri Həbib əl-Ədli, onun altı müşaviri, eləcə də, eks-prezidentin iki oğlu barəsində də hökm elan ediləcək.
Prokurorlar əvvəlcədən bildiriblər ki, müttəhimlərə sərt cəza veriləcək. Keçmiş Misir lideri ilə bağlı məhkəmənin sonuncu iclası fevralın sonlarında keçirilmişdi. Məhkəmə baxışı ilə hökmün çıxarılması arasındakı belə böyük zaman fərqi onunla bığlıdır ki, hakim 40 min səhifəlik cinayət işi ilə tanış ola bilmin. Əgər 83 yaşlı Hüsnü Mübarəkin günahı isbat olunsa, onu ölüm hökmü gözləyir.
Yorumlar 277