Netanyahu: "İran dünyada ən böyük terrorçu ixracatçısıdır"
Netanyahu: "İran dünyada ən böyük terrorçu ixracatçısıdır"
İsrailin baş naziri bəyan edib ki, Hindistan və Gürcüstandakı hadisələrin arxasında İran dayanır
İsrailin baş naziri Binyamin Netanyahu Hindistanda və Gürcüstanda İsrail diplomatlarına qarşı terror aktı və terror cəhdində İranı günahlandırıb. ANS PRESS-in “RİA Novosti”yə istinadın verdiyi məlumata görə, Netanyahu İranın Nyu-Dehli və Tiflisdəki hadisələrə görə cavabdeh olduğunu söyləyib. Onun sözlərinə görə, İsrailə qarşı hücumların arxasında İran durur: “İran dünyada ən böyük terrorçu ixracatçısı olaraq qalır”.
Daha əvvəl isə B.Netanyahu bildirmişdi ki, İsrail tərəfi Azərbaycan və Taylandda analoji hücumların qarşısını alıb. (anspress.com)
Yorumlar 72