Avropa Birliyi Türkiyəni itirə bilər
Avropa Birliyi Türkiyəni itirə bilər
Erdoğan AB-nə 2023-cü ilə kimi vaxt qoyub
"Brüssel və Ankara arasında 2023-cü ilə kimi kompromis əldə olunmasa, Türkiyə Avropa Birliyilə üzv olmaq niyyətindən daşınacaq". Bu sözləri Berlinə rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Səfər çərçivəsində baş nazir alman kansleri Angela Merkellə görüşüb. Görüşdən sonra rəsmilər birgə mətbuat konfransında iştirak edib. Angela Merkel, baş naziri əmin etməyə çalışıb ki, arada olan ziddiyyətlərə baxmayaraq, Avropa Birliyi “vicdanlı” şəkildə Ankara ilə üzvlük danışıqlarını davam etdirmək niyyətindədir.
“Biz Şimali Kipr Türk Respublikasını tanıyırıq, halbuki başqaları bunu təkrarlamır. Xanım Merkel özü də təsdiq edib ki, Cənubi Kiprin təkbaşına Avropa Birliyinə daxil edilməsi böyük səhv olub. Türkiyə nəticələr əldə etməlidir. Avropa Birliyinin mövcud olduğu 50 il ərzində heç bir ölkə bizə göstərilən belə münasibətlə qarşılaşmayıb".
Birgə mətbuat konfransında liderlər Suriya problemindən yan keçməyib. Türkiyənin baş naziri ölkəsinə sığınan suriyalı qaçqınlarla bağlı Ankaranın Almaniyanın dəstəyinə ehtiyac duyduğunu açıqlayıb.
Qeyd edək ki, Suriyadakı münaqişə ilə əlaqədar 170 min suriyalı sakin Türkiyə ərazisində sığınacaq tapmalı olub.
Bu arada Berlində baş nazir Erdoğanın Almaniyaya səfəri ilə bağlı etiraz aksiyası keçirilib. 2500 nəfərin yer aldığı bildirilən aksiyada nümayişçilər Erdoğanı Türkiyəni demokratiyadan uzaqlaşdırmaqda, söz azadlığını və digər insan haqqlarını boğmaqda ittiham edib. Aksiyada Türkiyədə yaşayan dini və etnik azlıqlar təşkil edib.(anspress.com)
Yorumlar 274