İsrail parlamentinin komissiyasında uydurma erməni soyqırımına dair müzakirə keçirilib

İsrail Knessetinin (parlament) Təhsil, mədəniyyət və idman məsələləri üzrə komissiyasının iclasında uydurma “erməni soyqırımı”na dair müzakirə keçirilib.
APA-nın “İzrus” saytına istinadən verdiyi məlumata görə, iclas zamanı hər hansı qərar qəbul edilməyib, lakin bəzi deputatlar Türkiyə ilə gərgin münasibətlər səbəbindən 1915-ci ilin olaylarını “soyqırım” kimi tanımağa çağırıblar. İclasda iştirak edən İsrail Xarici İşlər Nazirliyinin nümayəndələri millət vəkillərinə bu məsələdə ehtiyatlı hərəkət etməyi tövsiyə ediblər.
Komissiyanın toplantısında çıxış edən “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının nümayəndələri Yana Salman və Arye Qut isə uydurma “erməni soyqırımı”nı tanımağın əleyhinə çıxış edərək ermənilərin bu amildən siyasi məqsədlər üçün istifadə etdiklərini vurğulayıblar. A. Qut bildirib ki, “erməni soyqırımı”nın tanınması İsrailin Azərbaycanla münasibətlərinə ziyan vura bilər. O, iştirakçıların nəzərinə çatdırıb ki, Ermənistan bu gün bölgədə İranın müttəfiqidir.
Saxta “soyqırım”ın tanınmasının əleyhdarı olan komissiyanın sədri Aleks Miller gələcəkdə bu müzakirələrin davam etdiriləcəyini söyləyib.