ABŞ İranın Hörmüz boğazı hədəsinə cavab verdi
ABŞ İranın Hörmüz boğazı hədəsinə cavab verdi
Bu ölkənin Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının bağlanmasına imkan verməyəcək
ABŞ İranın Hörmüz boğazının bağlanmasına imkan verməyəcək. ANS PRESS-in məlumatına görə, belə bəyanatla ABŞ Hərbi Dəniz Qüvvələrinin beşinci donanması çıxış edib.
“Hər bir ölkənin beynəlxalq boğazda sərbəst hərəkəti məhdudlaşdırmaq cəhdləri yol verilməzdir” , - deyə ABŞ HDQ-nin bəyanatda deyilir.
Xatırladaq ki,ötən gün İranın vitse-prezidenti Rza Rəhimi İranın neft ixracına sanksiya qoyulacağı təqdirdə Hörmüz boğazını bağlayacağı ilə bağlı bəyanat vermişdi.
Qeyd edək ki, Hörmüz boğazı İranı, Fars və Oman körfəzlərindən ayıran böyük əhəmiyyətə malik bir gəmi yoludur. Buradan dünyanın müxtəlif regionlarına dünyada ixrac olunan neftin 40, təbii qazın isə əhəmiyyətli hissəsi daşınır.