“Media və məhkəmələrin monitorinqi” üzrə altıncı hesabat hazırlanıb
Bu barədə qhtxeber.az-a layihənin rəhbəri Xalisə Şahverdiyeva məlumat verib. Onun sözlərinə görə, hesabata 2010-cu ilin aprel, may və iyun ayları üzrə aparılmış media və məhkəmələrin monitorinqlərinin nəticələri daxil edilib.
Layihənin məqsədi əhalinin maarifləndirilməsi, insan alveri və ailədaxili zorakılığı qurbanlarına pulsuz hüquqi və mənəvi-psixoloji yardımın göstərilməsi, insan alveri üzrə vəziyyətin müəyyən edilməsi üçün məhkəmə işləri və kütləvi informasiya vasitələrinin monitorinqi, insan alveri və ailədaxili zorakılıq sahəsində milli qanunvericiliyin inkişafına dəstək verməkdir.

Monitorinq üç rəsmi dövlət (“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”), iki
müxalifətyönümlü (“Yeni Müsavat”, “Azadlıq”) və iki müstəqil (“Bizim yol”, “525-ci qəzet”)
qəzeti, 7 müstəqil informasiya agentliyini və xəbər saytını (“Anspress”, “APA”, “Olaylar”,
“Mediaforum”, “Qaynar.info”, “Lent.az”, “Trend”) informasiya agentliklərini əhatə edib.
Layihə çərçivəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1 (insan alveri)
maddəsi ilə yanaşı, insan alveri faktlarının mövcud olması ehtimal edilən başqa işlərin də
monitorinqi aparılıb. Hesabat dövründə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsində monitorinq reallaşdırılıb.
X.Şahverdiyeva bildirib ki, 49 səhifəlik hesabatda göstərilənlər Avropa Birliyinin rəsmi mövqeyini ifadə etmir və istinad mənbəyi sayıla bilməz.