Şuranın maliyyə dəstəyi ilə “Tullantı kağızlarının təkrar emala cəlb edilməsi” adlı maarifləndirici layihə həyata keçirilib
Birlikdən Milli.Az-a verilən məlumata görə, layihənin əsas məqsədi, diqqəti tullantı kağızlarının təkrar emalının ekoloji baxımdan əhəmiyyətinə cəlb etmək idi: "Bu layihəni həyata keçirməklə biz, kağızın təkrar emalının həm ekoloji, həm də ağacların qorunması baxımından mühüm əhəmiyyət daşıdığını insanlara bildirmək istəyirdik".
Qeyd etmək lazımdır ki, 1 ton tullantı kağızının yenidən emalı:
- 17 ədəd şam ağacının kəsilməsi;
- 36 ton CO2 qazının atmosferə atılması;
- 4100 kilovat elektrik enerjisinin sərf olunması;
- 267 kq çirkli qazın atmosferə buraxılması;
- 1750 litr yanacaq neftinin sərf olunması;
- 3-4 m2 anbarlama sahəsindən istifadə;
- 85 m2 meşə ərazisinin məhv edilməsi;
- 38,8 ton suyun sərf olunması hesabına başa gəlir.
Birliyin layihə çərçivəsində əsəs məqsədlərindən biri qısa müddət ərzində nə qədər ağac xilas edə biləcəyini öyrənmək idi. Eyni zamanda, layihə çərçivəsində təşkilat tərəfindən pilot proqram olaraq tullantı kağızlarının bilavasitə toplanması da təşkil edilib.
İDTM İB layihənin məqsədinə uyğun olaraq, “Kağızı atma – Ağacı qoru!” şüarı altında, tullantı kağızlarının yığımı üçün qutuları, həmçinin təkrar kağız istehsalı, ağacların kəsilməsinin qarşısının alınması barədə dünya təcrübəsindən götürülmüş faktiki məlumatları 30-dan çox nöqtəyə yerləşdirib.
Kağızların yığımı həftəlik olaraq təşkil olunub. Tullantı kağızları yığılaraq təyinat nöqtəsinə - “Azərsun Holdinq”-ə təhvil verilib (Azərbaycan Respublikası ərazisində tullantı kağızlarının təkrar istehsalı ilə bağlı fəaliyyət göstərən yeganə müəssisə “Azərsun Holdinq”-in nəzdində yerləşir).
Beləliklə, layihə çərçivəsində 15 ton kağız yığılıb və “Azərsun Holdinq”-ə təhvil verilib. Bununla da, 255 şam ağacının kəsilməsinin, 540 ton CO2 qazının atmosferə atılması, 61500 kilovat elektrik enerjisinin sərf olunması, 4005 kq çirkli qazın atmosferə buraxılması, 26250 litr yanacaq neftinin sərf olunması, 1275 m2 meşə ərazisinin məhv olması, 582 ton suyun sərf olunması və bu kimi sair halların qarşısı alınıb.
Keçirilən monitorinq zamanı müəyyən olunub ki, bu sahədə böyük irəliləyiş və inkişaf imkanları var. Ümumilikdə isə, əhalinin belə bir layihənin keçirilməsinə münasibəti müsbət olub.
Birlik gələcəkdə də bu kimi layihələri həyata keçirməyə çalışacaq.