ABŞ-ın xilas etdiyi iranlı balıqçılar evlərinə yola salınıb

İranın bir neçə gün əvvəl Fars körfəzinə geri qayıtmamaqla bağlı xəbərdarlıq ünvanladığı ABŞ gəmisi Ərəb dənizində Somali piratlarının həftələrdir girov saxladığı 13 iranlını xilas edib. Pentaqon bu barədə məlumat yayıb. Verilən məlumata görə, xilas əməliyyatına ötən gün ABŞ-ın Con Stennis gəmisini müşayiət edən gəmilərdən biri İran bayrağı ilə üzən Al Molay balıqçı gəmisinin kapitanından böhran çağırışından sonra başlayıb.
ABŞ-ın hərbi-dəniz qüvvələrinin kriminal araşdırma xidmətinin nümayəndəsi Coş Şminki bildirib ki, məhdud ərzaq ehtiyyatı ilə noyabrın sonlarından bəri 40-45 gün girov saxlanan balıqçıların digər pirat əməliyyatlarında da iştiraka məcbur edildiyi məlum olub. Coş Şminkinin sözlərinə görə, Al Molay gəmisinin kapitanı 28 yaşlı Mahmed Yunis köməyə görə amerikalılara minnətdarlıq edib və ABŞ hərbçilərinin köməyi olmasaydı piratların əlində aylarla qalacaqlarından qorxduqlarını söyləyib.
Nyu York Taymz qəzetinin müxbiri isə xilas olunan iranlı balqıçılar və piratların bəziləri ilə söhbət edib. İranlı balıqçılardan biri olan 28 yaşlı Fazil Ur Rəhman bildirib ki, sanki Allah sizi göndərdi.
İranın hərbi-dəniz qüvvələrinin bu xilas əməliyyatından xəbərdar olub-olmadığı hələlik məlum deyil, ancaq azad edilən İranlı girovlar artıq öz evlərinə yola salınıb. ABŞ-ın Stessis gəmisinin heyəti isə iranlı balıqçıları yanacaq və lazımi ehtiyatlarla təmin edib.
Pentaqonun mətbuat katibi kapitan Con Kirbinin sözlərinə görə, hamısı Somalidən olan 15 pirat xilas əməliyyatının keçirildiyi Stennis gəmisinin göyərtəsində sorğu-sual edilir. İranla normal diplomatik əlaqələri olmayan ABŞ-ın dövlət departamentinin mətbuat katibi Viktoriya Nuland isə bildirib ki, həmin piratların məsuliyyətə cəlb olunmasının yolları nəzərdən keçirilir. 'Biz beynəlxalq müttəfiqlərlə məsləhətləşmələr aparırıq. Təəssüf ki, bu, yeni hadisə deyil. Bizim dənizdə tutularaq 20-dək ölkədə cinayət məsuliyyətinə cəlb olunmuş 1000-dən çox piratımız var. Ona görə də priatların hara göndərilməsi və onları kimin məsuliyyətə cəlb etməsi hər zaman sual doğurub.'- Viktoriya Nuland belə deyib.
İran mətbuatı da bu barədə hələlik səssizdir. İranın rəsmi İRNA agentliyi bu barədə xəbər versə də, İslam Respublikasının silahlı qüvvələrinin heyətinin faktı hələ təsdiqləmədiyini bildirib.

---