Kişiləri qadınlar qocaldir, yoxsa...
Dünyanın sonu - var-dövlətin başlanğıcı...
Dünyanın sonu - var-dövlətin başlanğıcı...
15 NOYABR 2012 [02:00] - MİLLİ.AZ
Son günlər dekabr 21-də həyatın başa çatacağı ilə bağlı şayiələr artıb.

Bu, elmi əsası olmayan ara söhbətindən başqa bir şey deyil
AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Milli.Az-a bildirdi ki, nə dünyanın əvvəli, nə də dünyanın axırı deyil: “Dünyanın əvvəli və axırı böyük qalaktikada gedən proseslərlə müəyyən olunur. Yer kürəsində belə şey yoxdur. Günəşlə bizim aramızda o qədər gün tutulması, ay tutulması baş verir ki, bu problemli bir məsələ deyil. Ən maksimum bir neçə saat baş verəcək bir hadisədir. Yer üzündə həyatın yox olması fikri fərziyyədir. Dünyada çox az olub ki, saatlarla gün tutulması davam etsin. Bu dəqiqələrlə olan bir şeydir. Konkret olaraq bu, boş bir şeydir, cəfəngiyyatdır. Eləcə də bəziləri sosial gərginlik yaratmaq, insanları narahat etmək üçün bilmirlər nəyə əl atsınlar. Ümumiyyətlə, belə bir şey gözlənilmir”.
Direktorun sözlərinə görə, dünyanın axırı o deməkdir ki, hansısa böyük bir enerjili sistemdə narahatçılıq, yəni qeyri-tarazlıq halı olmalıdır: “Burada müəyyən bir proseslər, yer kürəsində partlayış, yaxud hansısa yerdə dağılma baş verə bilər. Lakin hazırda elə bir hadisə yoxdur. Qalaktikada da belə bir narahatçılıq törədəcək hadisə haqqında da astrofizika heç bir məlumat vermir. Ona görə də hesab edirəm ki, bu, elmi əsası olmayan ara söhbətindən başqa bir şey deyil. Qlobal çevrilməyə, dağılmaya malik olan enerji yalnız nüvədə və termonüvədədir. Bu, günəşdə gedən termonüvə prosesləridir. Günəşdə aktivlik daimi olaraq artıb-azalır. Tarix boyunca onun müəyyən periodu var, bu mənada yenilik deyil. Amma qlobal dəyişiklik barədə məlumat nə nüvə sahəsində, nə də radiasiya seli haqda yoxdu. Mən hesab edirəm ki, günəş və ay tutulması haqqında hər hansı informasiya varsa, bu, adi təbiət hadisəsidir. Hərəkət edən planetlərdir, bir-birinin ətrafında illər boyu tarazlıq halında hərəkət mövcuddur, burada qanunauyğunluq var. Ona görə narahatçılığa dəyməz”.