"B8" ölkələrinin sammiti sona çatıb
"B8" ölkələrinin sammiti sona çatıb
Obama sammitinin yekununda mətbuat konfransında çıxış edib
Böyük Səkkizlik ölkələrinin sammiti sona çatıb. Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Böyük Səkkizlik ölkələrinin sammitinin yekunu olaraq mətbuat konfransında çıxış edib.
Obama sammitdə iqtisadi inkişafın və vətəndaşların iş yerləri təmin edilməsinin prioritet məsələlər olması ilə bağlı liderlərlə razılağa gəldiklərini bildirib. "Stabil və iqtisadiyyatı aratan qrafik üzrə inkişaf edən Avropa görmək hər kəsin, həmçinin, Amerikanın marağındadır. Avropa maliyyə böhranını aradan qaldırmaq üçün mühim addımlar atıb. Ölkələr həm fərdi olaraq, həm də, ümumilikdə, Avropa Birliyi olaraq uzunmüddətli inkişaf xəttini təmin etmək məqsədilə ciddi islahatlar həyata keçirib. Bunun nəticəsi olaraq burada bu inkişaf xəttini qorumaq və daha da inkişaf etdirmək üçün ümumi razılıq əldə etdik".(anspress.com)
milli.az Naməlum obyektlər, digər planetdə olan yaşayış...
Naməlum obyektlər, digər planetdə olan yaşayış...
01 MAY 2012 [02:00] - MİLLİ.AZ
Son vaxtlar kitab oxucularının sayı ilə yanaşı, müxtəlif janrlarda yazılan əsərlərin sayında da azalma hiss olunur.
Bəziləri bunu artıq maraq doğuran əsərlərin olmaması, bəziləri elektron mütaliəyə meylin artması, eləcə də kitabların baha qiymətə satışı kimi amillərlə əlaqələndirirlər. Amma oxucu sayında azalma olsa da, müxtəlif dövrlərdə hər janrın öz oxucusu olub. Kitab həvəskarlarının meyl etdikləri janrlar içərisində elmi-fantastika, fentezinin hər zaman öz yeri olub. Bəs bu gün adıçəkilən janrlarda yazan yazarlarımız varmı, onların oxucu kütləsi, populyarlığı hansı səviyyədədir?Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu bildirdi ki, bizdə elmi-fantastik janrda yazan Namiq Abdullayev, Emin Mahmudov, Anar, riyaziyyat elmləri doktoru, professor Elmira Zamanova, Çingiz Abdullayev kimi bir neçə tanınmış müəllifin adını qeyd etmək olar: “Lakin təəssüf ki, bu gün həmin janrda yazan müəlliflərin bəziləri artıq həyatda yoxdur. Bu janrda öz əsərləri ilə tanınan E.Mahmudov isə ailə vəziyyəti ilə bağlı hazırda Amerikada yaşayır”.
Rasmussen: "NATO-nun Suriyaya müdaxilə etmək niyyəti yoxdur"
Rasmussen: "NATO-nun Suriyaya müdaxilə etmək niyyəti yoxdur"
NATO-nun baş katibi bildirib ki, Suriya rejimi xalqın legitim istəklərini həyata keçirməlidir
NATO-nun Suriyaya müdaxilə etmək niyyəti yoxdur. Bu cür bəyanatla çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, Suriya rejimi istənilən halda xalqın legitim istəklərini həyata keçirməlidir. Onun sözlərinə görə, irəliyə gedən yol yalnız azadlıq və demokratiyadan keçir.
"Hər şeydən əvvəl mülki insanlara qarşı törədilən zorakılığa görə rejimi şiddətlə qınayıram və zorakılığa son qoyulmasını tələb edirəm. Rejim uzun sürəcək olan bu proses çərçivəsində xalqın istəklərinə qarşı gələ bilməyəcək. Bu bizim açıq ismarıcımızdır. Biz Suriyaya müdaxilə etməyəcəyik, çünki böhranın yeganə həll yolu Kofi Annanın sülh planları əsasında siyasi dialoqlardan keçir" - deyə Rasmussen qeyd edib(anspress.com)