
"İctimai Dəyərlərin Təbliği Mərkəzi" İctimai Birliyi (İDTM İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tullantı kağızlarının təkrar emala cəlb edilməsi” adlı maarifləndirici layihə həyata keçirib. Layihənin müddəti 14 aprel – 14 avqust 2010-cu il tarixləri arasında müəyyən edilib.