Aİ gələn il Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesində öz səylərini artıracaq
Avropa İttifaqı gələn il Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesində öz səylərini artıracaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia deyib.
Roland Kobia bildirib ki, 2011-ci il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi baxımından Aİ üçün mühüm bir il olub.
“Həmçinin bu il Aİ-nin Dağlıq Qarabağ münaqişəsinə daha sıx cəlb olunmasına dair çoxsaylı çağırışlar səslənib. Bu, Filipp Lefortun Aİ-nin Cənubi Qafqaz regionunda xüsusi təmsilçisi təyin edilməsi ilə reallaşdırılıb”, - Kobia qeyd edib.
Onun sözlərinə görə, bu, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton tərəfindən təşkilatın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı olduğunu sübuta yetirən dəqiq və güclü mesajdır.
“Azərbaycana səfəri zamanı Eşton Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tez bir zamanda həll olunmasına kömək etmək arzusunu bir daha bəyan etdi”, - Kobia bildirib.
Milli.Az

---