ABŞ Konqresindən İrana yeni sanksiya
Sanksiyalarla bağlı layihə imzalanmaq üçün ABŞ prezidenti Barak Obamaya göndərilib.
“Media forum” saytının məlumatına görə, ABŞ Konqresi daha iki layihə qəbul edərək İrana qarşı əvvəlki sanksiyaları şiddətləndirib. Yeni layihələrlə İranın neft və qaz sənayesinə əvvəlki sanksiyalar şiddətlənir, İran rəsmilərinin ABŞ-dakı əmlakı dondurulur və onların ABŞ-a səfərinə qadağa qoyulur.
ABŞ Konqresinin qəbul etdiyi layihələrdə İranın nüvə və hərbi sursat proqramı ilə əməkdaşlıq edən, ona yardım göstərən şəxslərə və ölkələrə sanksiya qoyulması da nəzərdə tutulub.
---