Daşınmaz əmlakın alınması üzrə şərti təqvim tərtib edilib
Bakı. Vahab Rzayev-APA-ECONOMICS. Rusiyanın “Miel Brokeric” rieltor şirkətinin mütəxəssisləri il ərzində daşınmaz əmlakın alınması üzrə fəallığı əks etdirən şərti təqvim tərtib ediblər. “APA-ECONOMICS”in məlumatına görə, təqvimdə fevral və mart aylarında bazarda sabit vəziyyət və əqdlərin tədricən artması ilə xarakterizə olunur.
Aprel-may aylarında da fəallıq müşahidə olunur və burada ilk növbədə yaşayış şəraitlərini yaxşılaşdırılması üzrə əməliyyatlar aparılır ki, bu da bazarı daha da fəallaşdırır. Bu dövr ərzində ailələrin öz mənzil məsələləri yay ərzində, yəni tədris ilin başlamasından əvvəl həll etməyə çalışır ki, təhsil alan uşaqlar artıq yeni məktəblərə gedə bilsinlər.
İyun və iyul aylarını mütəxəssislər “müddətsiz əqdlər dövrü” adlandırırlar. Bu dövrdə alıcılar az olduğundan əmlak satanlar daha qiymət azalmasına gedirlər. Avqust ayında bazara payızda baş verə biləcək qiymət artımından ehtiyatlanan alıcılar çıxır.
Payız aylarında tələbatın ən fəal dövrüdür ki, həmin vaxt daha çox əqdlər bağlanılır və bununla paralel olaraq qiymət artırmı müşahidə olunur.
Mütəxəssislərin araşdırmalarına görə, noyabr ayında bazarın “bahalı” seqmentində əqdlər çoxalır ki, buna da əsas səbəb kimi əmlakla bağlı məsələləri yeni il qabağı həll etmək niyyətidir. İl sonu isə ekonom-klassa aid olan daşınmaz əmlak üzrə əməliyyatlar üstünlük təşkil edir.
---