QHT-lərin Məsuliyyət Xartiyası hazırlanıb
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun hazırladığı sənəd ictimai müzakirəyə çıxarılıb
Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Azərbaycanın qeyri-hökumət təşkilatlarının Məsuliyyət Xartiyası” adlı sənədin müzakirəsinə həsr olunmuş toplantı keçirib.
Lent.az-ın verdiyi məlumata görə, Xartiya 2010-cu ildə Azərbaycan Respublikası yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu tərəfindən hazırlanıb. Xartiya QHT-lərin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, ictimai effektivliyi, hesabat şəffaflığı kimi əsas prinsipləri müəyyənləşdirir.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev tədbirdəki çıxışında bildirib ki, bu Xartiya QHT-lərin özünütənzimlənməsini nəzərdə tutur: “Bu, QHT-lərin ictimaiyyət arasında nüfuzunun daha da artmasına və onların hesabatlarının şəffaflığına xidmət edəcək”.
Azay Quliyev onu da bildirib ki, Xartiyadakı müddəaların həyata keçirilməsinə hər hansı nəzarət olmayacaq. Onun sözlərinə görə, bu sənəd yalnız özünütənzimləməni nəzərdə tutur.

---