DÜNYANIN «WİKİLEAKS» FIRTINASI
Gözlənildiyi kimi «Wikileaks» əlində olan materialları yayımladı. Amma gözlənildiyinin əksinə, bu məlumatlar elə də böyük dövlət sirrini əhatə etmədi. Əslində daha böyük sirrlərin faş olacağı gözlənilirdi. Ancaq ortaya çıxanlar daha çox dövlət rəhbərlərinin və siyasi xadimlərin dedi-qodularından və qeybətlərindən ibarət oldu. Maraqlı olan Ağ Evin yayınlanan məlumatları təkzib etməməsi, yalnız pisləməsi oldu. Yəni dolayısı ilə Vaşinqton yayımlanan məlumatların doğruluğunu təsdiq etmiş oldu. 
Ancaq Ağ Evdən fərqli olaraq Azərbaycan prezidentinin mətbuat xidməti məlumatları yalanladı. Daha doğrusu, məlumatların Azərbaycana aid olan hissəsini. Bu yalanlama bir daha sübut etdi ki, Azərbaycan hakimiyəti cəmiyyətə açıq deyil. Ancaq məlumatların Azərbaycanın İranla və Türkiyə ilə problemlər yaradacığını düşünsək, o zaman bu yalanlamanı daha çox diplomatik gediş kimi dəyərləndirmək gərəkdir.
Əslində bütün normal insanlar kimi przidentlərin də bu cür söhbətlərdə iştirakçı olması normal qarşılanmalıdır. Çünki diplomatik söhbətlərdə qeyrri-rəsmi hissə olmadan qarşındakı adamla isti münasibət qurmaq imkansızdır. Üstəlik qarşındakı adamın nə düşündüyünü öyrənmək üçün bu ən yaxşı variantdır. Məsələ orasındadır ki, açıqlanan stenoqramların İranda normal qarşılanacağını gözləmək olmaz. Ancaq dərd etməyə dəyməz. Tehranda 24 saat Azərbaycan və onun siyasi hakimiyyəti haqqında qeybət qırır və ağızlarına gələn hədyanları danışırlar.
Ancaq yayılan məlumatların bir hissəsi Azərbaycan-Türkiyə münasibətlərində problem yarada bilər. Hər halda Türkiyə Azərbaycanın tək strateji müttəfiqidir və etibar edə biləcəyi yeganə tərəfdaşıdır.
Açıqlanan sənədlərdə ən diqqətçəkən məqamlardan biri isə ölkə prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaya qoyduğu sərt mövqedir. Bu isə kifayət qədər isə təqdirə layiq hal sayıla bilər. Bir şey aydın oldu ki, prezident İlham Əliyev Qarabağı Azərbaycandan kənar təsəvvür etmir. Həmçinin Ermənistan və dünya ictimaiyyətinə də aydın oldu ki, Azərbaycan tərəfi Qarabağın itirilməsi ilə barışmayacağını söyləyərkən tam ciddidir və Azərbaycanın rəsmi danışıqlarda ortaya qoyduğu mövqe “gözə kül üfürmək” deyil. Azərbaycanın mövqeyi bağlı qapılar arasında da kifayət qədər sərtdir.
Sənədlərdə yer alan və İsrailin İrana tək başına hücum etmək istəməsi faktı isə ən sensasiyalı məlumatdır. Görünür ki, İsrail höküməti doğurdan özünü Yaxın Şərqin sahibi zənn edir.
İsrailin özünə bu qədər güvənməsi isə ilk baxışda təəccüb doğurur. Çünki hər kəsə aydındır ki, İsrail tək başına İranın öhdəsindən gələ bilməz. Belə görünür ki, İsrailin ağlı hələ də «altı günlük müaribə»də ilişib qalıb. Ancaq bu inandırıcı görünmür. Ola bilsin ki, İsrail nə vasitəylə olursa-olsun, ABŞ-ı İranla müharibəyə cəlb etmək istəyir. Bununla da,Yaxın Şərqi öz iradəsi altına almağı hədəfləyir. Bu məlumat bir də onu təsdiq edir ki, İsrail doğurdanda nüvə silahına sahibdir. Yoxsa İranla tək başına müharibə aparmaq fikrini ağlının ucundan belə keçirməzdi.
Səudiyyə kralının da ABŞ-nı İranla müharibəyə sövq etməsi də maraqlı faktdır. Görünür ki, Kral İranın nüvə silahına sahib olduqdan sonra bölgədə qazanacağı güc və nüfuzdan ehtiyat edir. Amma bu zaman unudur ki, İran işğala məruz qaldığı təqdirdə, Yaxın Şərqdəki balans itəcək və İsrail bir mənalı olaraq, bölgənin əsas güc mərkəzinə çevriləcək. İsrailin isə Ərəb dövlətlərinə olan münasibəti 60 ildir ortadır. Hər halda ərəblər İran ortadan qaldırıldıqdan sonra İsraillə baş edəcəklərini zənn edirlərsə, yanılırlar.
pia.az

---