RUSİYA, AZƏRBAYCAN, ERMƏNİSTAN PREZİDENTLƏRİ, FRANSA BAŞ NAZİRİ, ABŞ DÖVLƏT KATİBİ BİRGƏ QARABAĞ BƏYANATI VERDİLƏR
Dekabrın 1-də Qazaxıstan paytaxtı Astanada ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri - Rusiya prezidenti Dmitri Medvedyev, Fransanın baş naziri Fransua Fiyon, ABŞ-ın dövlət katibi Hillari Klinton və Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan birgə bəyanatla çıxış ediblər.
APA-nın məlumatına görə, ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha ciddi səylər göstərməyin vaxtı çatıb. Bəyanat müəllifləri hesab edirlər ki, sülh yolu ilə nizamlanma bölgəyə sabitlik və təhlükəsizlik gətirəcək və region xalqlarının real barışmasını təmin edəcək yeganə üsuldur: “Azərbaycan və Ermənistan prezidentləri bir daha Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, həmçinin prezidentlər Dmitri Medvedyev, Nikola Sarkozi və Barak Obamanın 10 iyul 2009-cu ildə Akvildə, 26 iyun 2010-cu ildə Muskokada verdikləri bəyanat əsasında birdəfəlik nizamlanmasına nail olmaq barədə öhdəliklərini təsdiqləyiblər.
ATƏT-ə həmsədrlik edən ölkələr Azərbaycan və Ermənistan prezidentlərinə münaqişənin sülh yolu ilə nizamlanmasında dəstək verəcəklərini bəyan edirlər. Onlar Azərbaycan və Ermənistan liderlərini diqqətlərini ikiqat enerji ilə qeyd olunan əsas prinsiplərdə əks olunan məsələlər üzərində cəmləşdirməyə çağırıb, həmsədrlərə isə danışıqlar üçün ən yaxşı atmosfer formalaşdırmağa kömək etmək üçün münaqişə tərəfləri ilə işi davam etdirməyi tapşırıb, tərəfləri atəşkəs rejiminin möhkəmləndirilməsi, bütün sahələrdə etimad mühitinin gücləndirilməsi üçün tədbirlər görməyə çağırırlar”.

---