Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə ilk tədbir keçirildi
Press – reliz - 6
Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə ilk tədbir keçirildi
Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir. Bu layihənin icrası “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin eksperti ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “Cəza qisas deyil, tənbeh tədbiridir” adlı xidmət çərçivəsində həyata keçirilir.Layihə çərçivəsində növbəti tədbir aprel ayının 12-də saat 11.00-da Bakı şəhərində 15 saylı CÇM-ndə keçirilib. Tədbirdə tanınmış ekspertlər mövzu ilə əlaqədar məruzə etmiş, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermişlər. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır.Tədbirdə layihə çərçivəsində hazırlanmış "Məhkumlar və cəzaçəkmə müəssisələrindən azad olan gənclər üçün məlumat” kitabı və bukletlər paylanmış və kitabxanaya hədiyyə edilmişdir
Layihə məhkumların hüquqlarının təmin edilməsinə, onların saxlanma vəziyyətinin yaxşılaşdırılmasına, sağlamlığın qorunması və onların reabilitasiyası və gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır.