Əliyev Ərdoğana zəng vurdu
"Türkiyəni bundan sonra da heç bir qüvvə inkişaf və demokratiya yolundan döndərə bilməz".İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
ANS PRESS-in məlumatına görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı Türkiyədə hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərək bildirib ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi Türkiyə xalqı və dövlətinin yanındadır. Prezident İlham Əliyev çevriliş cəhdinin qarşısının alınması nəticəsində həlak olanların ailə üzvlərinə və Türkiyə Prezidentinə başsağlığı verib, yaralılara şəfa arzulayıb.