Şamaxıda Açıq hökumətin təşviqinə dair tədbir keçirilib
“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” Ictimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı üzrə İctimai iştirakçılığın genişləndirilməsi ilə bağlı fəaliyyətin monitorinqi" layihəsi çərçivəsində 6 iyun 2017-ci il tarixidə Şamaxı şəhəridə tədbir keçirilmişdir. Tədbirdə ekpert İ. Kərimov mövzu ilə əlaqədar məruzə etmiş, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermşdir. Həmçinin tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Həsən Səmədovda iştirak etmiş və mövzu ilə bağlı öz fikirlərini bölüşmüşdür. Sonda tədbir iştiraçılarının çoxsaylı sualları cavablandırılmışdır.
Tədbirdə layihə çərçivəsində hazırlanmış sorğu anketləri paylanmış və sorğu anketinin sualları iştirakşılar tərəfindənn cavablandırılmışdır.
Layihə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn məsələlər üzrə təşəbbüslərə dəstək olmaq, “İctimai iştirakçılıq haqqında qanunun” tətbiqinə, ictimai iştirakçılığın genişlənməsinə şərait yaratmaq, ictimai şuraların yaradılması ilə bağlı real vəziyyəti öyrənmək ictimai şuraların yaradılması prosesini sürətləndirmək, ölkədə səmərəli və effektli idarəetmə prosesində, qərarların hazırlanması və qəbulunda vətəndaş cəmiyyətinin daha geniş şəkildə cəlb edilməsi, eyni zamanda icra hakimiyyəti strukturlarında ictimai nəzarətin səmərəli tətbiqi, həmçinin onların fəaliyyətində şəffaflığın artırılması, bütün QHT-lərin, ictimаi təşкilаtlаrın müvаfiq dövlət qurumlаrının diqqətini bu prоblеmə cəlb еtməк ümumi səyləri birləşdirərəк birgə fəаliyyətə nаil оlmаq, fəаliyyətin еffекtivliyini аrtırmаq məqsədi ilə həyata keçirilir.