Vatikan dövlətindən yəhudilərə ağır zərbə
Vatikan dövlətindən yəhudilərə ağır zərbə
Fələstin XİN: "Vatikanla imzalanan sənəd azadlıq və ləyaqət haqqımızı dünyaya tanıdacaq"
Vatikan ilə Fələstin dövləti arasında ilk mühüm müqavilə imzalanıb.
ANS PRESS-in məlumatına görə, Vatikan 2012-ci ildən Fələstini de-fakto olaraq tanıyır. İsrail bu razılaşmanı tələsik addım kimi qiymətləndirib və sülh danışıqlarının inkişaf perspektivinə təhlükə sayır. Həmçinin bunun Vatikanla diplomatik münasibətlərə də təsir göstərəcək.
Fələstin muxtariyyətinin nəzarətində olan ərazilərdə Katolik Kilsəsinin fəaliyyəti haqqında müqavilə həm də Papa Fransisin rəhbərliyi altında Vatikanın xarici siyasətinin daha fəal rolundan xəbər verir. Keçən il o, Birləşmiş Ştatlar və Kuba ilə tarixi əlaqələrin bərpasında vasitəçi olmuşdu.
İmzalama mərasimində Vatikanın xarici işlər naziri arxiyepiskop Paul Gallagher deyib ki, bu saziş uzun tarixə malik İsrail-Fələstin münaqişəsinə son qoyulması yönündə stimul olacaq. Biz tərəfləri birbaşa sülh danışıqlarına dəvət edirik. Bu, əlbəttə cəsarətli qərar tələb edir, amma bu həm də regionda sabitliyə və sülhə böyük töhfə olar. Bu razılaşma din və vicdan azadlıqları sahəsində başqa ərəb-müsəlman ölkələri üçün model ola bilər."
Fələstinin xarici işlər naziri Riad Al-Maliki söyləyib ki, bu, Fələstin xalqının müqəddəratını təyin etmə, müstəqil dövlətində azadlıq və ləyaqət haqqının tanınmasına yardımçı olacaq.
Ümumiyyətlə, BMT-nin 135 ölkəsi Fələstini tanıyıb. Bu, ümumi sayın 70 faizidir. Müqayisə üçün, BMT-nin 193 üzvündən 160-ı İsraili dövlət kimi tanıyıb. Ötən ilin oktyabrında İsveç birinci böyük Avropa ölkəsi olaraq Fələstini tanıdı. Bu isə İsrailin ittihamlarına və onlar arasında gərginliyə səbəb oldu.
Avropa İttifaqı ümumilikdə Fələstini dövlət kimi tanımayıb. Onlar da ABŞ kimi eyni izahatı verirlər - Fələstin birtərəfli tanınma yolu ilə yox, İsraillə danışıqların nəticəsində müstəqil ölkə ola bilər.
Xatırladaq ki, Vatikan Yaxın Şərqdə böyük diplomatik rola malik olmaqda xüsusilə maraqlıdır. Münaqişələr üzündən xaçpərəstlər burdan - Suriya, İraq və başqa ölkələrdən qaçırlar. İsraildə və Fələstin ərazilərində əksəriyyəti fələstinli olmaqla, 100 minədək roma, yunan-melkit ayinli katolik var. (anspress.com)

Misir hakimiyyəti Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmaq barədə danışıqlara başlamağa hazırlaşır.
Avropa ölkələrinin liderləri iyunun 22-də fövqəladə iclas keçirəcəklər. Məqsəd Yunanstan defoltunun qarşısını almağa cəhdlə bağlıdır.
Rusiyanın Yunanıstana borc verib-verməməsi bü gün bəlli olacaq.
Çində Yantszı çayında axtarışlar davam edir
«Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı» İctimаi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitasiyası proqramı” layihəsi çərçivəsində tədbirlər davam edir. Layihənin məqsədi həbsхаnаdа оlаn məhkumların yаşаyışıylə mаrаqlаnmаq, оnlаra mənəvi dаyаq оlmаq, hüquqi yаrdım еtmək, nоrmаl həyаtlа əlаqəsini qurmаğа, məhkumluqdan sonra cəmiyyətə inteqrasiyasına yardım etməkdir. Lаyihə həbsхаnаyа düşmüş bir çох insanların аzаdlığа çıхdıqdаn sоnrа, prоblеnmlərlə üzləşməməsi üçün yаrdım еtməк, оnlаrın rеаbilitаsiyаsı, və nоrmаl həyаtа qаyıdışını, аdаptаsiyаsını аsаnlаşdırmаğı nəzərdə tutur. 