Şəkidə yeni müasir tipli penitensiar kompleks istifadəyə verilmişdir
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uğurla həyata keçirilən və beynəlxalq aləmdə təqdir edilən genişmiqyaslı islahatlar çərçivəsində ədliyyə sahəsində də köklü və mütərəqqi dəyişikliklər aparılır. Penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması və saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür və penitensiar infrastruktur müasirləşdirilir.
İyulun 29-da Şəkidə yeni inşa olunmuş müasir tipli penitensiar kompleks istifadəyə verilmişdir.
Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, Ombudsman Elmira Süleymanova, yerli məhkəmə, hüquq-mühafizə orqanlarının və digər qurumların rəhbərləri, ədliyyə işçiləri, millət vəkilləri, Əfv Komissiyasının, qeyri-hökumət hüquq-müdafiə təşkilatlarının, KİV-in və ictimaiyyətin digər nümayəndələri iştirak etmişlər.
Mərasimdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül dəstələri qoyulmuş, əziz xatirəsi dərin ehtiramla yad olunmuşdur.