Müxalifətin məğlubiyyətinə ictimai-siyasi xadimlərin münasibətləri
Unikal.org
Müxalifətin məğlubiyyətinə ictimai-siyasi xadimlərin münasibətləri
Müxalifətin məğlubiyyətinə ictimai-siyasi xadimlərin münasibətləri
Milli Şura liderlərinin siyasətdən getmələri istənildi
Ölkədə təzəcə başa çatmış və fəaliyyətdə olan prezident İlham Əliyevin inamlı qələbəsi ilə yekunlaşmış prezident seçkiləri radikal müxalifətin tam fiaskosu ilə müşayiət olundu. Onun namizədi Cəmil Həsənli ən güclü rəqibi İlham Əliyevdən on dəfə az səs toplayıb. Müxalifətin bu cür biabırçı iflasının səbəblərini araşdırmaq məqsədi ilə “Unikal” olaraq ölkənin bir sıra siyasətçi, politoloq, ziyalı və media mənsublarının fikirlərini öyrəndik.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, “Azərbaycan cəmiyyəti 1988-ci ildən Dağlıq arabağ probleminin qəflətən ortalığa çıxması və dünyanın ən nəhəng imperiyalarından biri olmuş SSRİ-nin dağılmasından üzübəri başlayaraq gərgin və faciəli hadisələr yaşayıb. 20 yanvar qırğını, Xocalı qətliyamı, uğursuz hərbi əməliyyatlar və Dağlıq Qarabağın, ətraf bölgələrin Ermənistan tərəfindən işğal edilməsi, ölkədə bu proseslərin fonunda baş verən fasiləsiz hakimiyyət dəyişiklikləri və bütün bunlarla yanaşı yaşanan ağır iqtisadi durum Azərbaycan cəmiyyətini kifayət qədər yorub. Azərbaycan xalqı daha sərt dönüşlər, ağır yaşantılardan bezib və sakit, təkamülə söykənən dəyişimlərin tərəfdarıdır. Xüsusən də gözümüzün qabağında ərəb ölkələrində baş vermiş qanlı inqilablar və bu inqilabların doğurduğu daha qanlı nəticələr, inqilaladan sonrakı social-iqtisdfi durmun daha da ağırlaşması Azərbaycan cəmiyyəti üçün ciddi ibrət dərsi oldu. Ona görə də seçicilər radikal mübarizə tərəfdarlarını dəstəkləmədilər. Fikrimcə, radikal müxalifətin bu dəfəki prezident seçkilərində düçar olduğu acı məğıubiyyətin başlıca səbəbi bu amillərdən qaynaqlanır”.