"Gəncliyi xilas etmək cəmiyyətin gələcəyini xilas etməkdir"
Əhməd Abbasbəyli: "İnsanlar narkomaniyanın ailələri necə dağıtdığını yaxşı bilirlər"
- Bu gun, bütün bəşəriyyət narahatdır. Narkotik maddələrin qeyri-qanuni dövriyyəsi çox təhlükəli xarakter və miqyas alıb. Elə bir ölkə yoxdur ki, orada gənclər narkotik maddələrin istifadəsindən əziyyət çəkməsin. Bir sıra ölkələrdə bu problem hətta, cəmiyyətin məhvi səviyyəsində təsirini göstərən faktora çevrilib. Hüquq-mühafizə orqanları nə qədər ciddi mübarizə aparsalar da, dünyanı ağuşuna almış "ağ ölümün" qarşısını tam ala bilmirlər. Əslində bu problemin belə vasitələrlə qarşısının alınması mümkün də deyil. Çünki araşdırmalardan göründüyü kimi narkomaniya təkcə hüquq pozuntusu deyil, müasir cəmiyyətdə sosial mühitin törətdiyi ruhi pozuntudur.
Əhməd Abbasbəyli: "İnsanlar narkomaniyanın ailələri necə dağıtdığını yaxşı bilirlər"- Bu gun, bütün bəşəriyyət narahatdır. Narkotik maddələrin qeyri-qanuni dövriyyəsi çox təhlükəli xarakter və miqyas alıb. Elə bir ölkə yoxdur ki, orada gənclər narkotik maddələrin istifadəsindən əziyyət çəkməsin. Bir sıra ölkələrdə bu problem hətta, cəmiyyətin məhvi səviyyəsində təsirini göstərən faktora çevrilib. Hüquq-mühafizə orqanları nə qədər ciddi mübarizə aparsalar da, dünyanı ağuşuna almış "ağ ölümün" qarşısını tam ala bilmirlər. Əslində bu problemin belə vasitələrlə qarşısının alınması mümkün də deyil. Çünki araşdırmalardan göründüyü kimi narkomaniya təkcə hüquq pozuntusu deyil, müasir cəmiyyətdə sosial mühitin törətdiyi ruhi pozuntudur.
"Rezonans" Gənclərin İctimai Birliyinin sədri Əhməd Abbasbəylinin əməkdaşımıza verdiyi bu müsahibəsində də məhz həmin problemdən bəhs etdik:
- Narkomaniya hər şeydən əvvəl insanların sosial mühitə adaptasiyasında problemlər yaşanmasına şərait yaradır. Bir çox hallarda cəmiyyət tərəfindən qəbul edilməyən insanlar xilas yolunu narkotik maddələrin qəbulunda tapırlar. Onlar narkomana çevrilməklə, sanki dərd-qəmlərini unutmaq, bununla cəmiyyətdən heyif aldıqlarını düşünürlər. Bir qism insanlar sosial-iqtisadi çətinliyə dözməyərək, narkotik maddələrin qanunsuz ticarəti ilə pul əldə etməyə meyllənirlər. Psixoloji araşdırmalar başqa bir maraqlı məqamı da üzə çıxarıb.