"Gəncliyi xilas etmək cəmiyyətin gələcəyini xilas etməkdir

"Rezonans" Gənclərin İctimai Birliyinin sədri Əhməd Abbasbəylinin əməkdaşımıza verdiyi bu müsahibəsində də məhz həmin problemdən bəhs etdik:
- Narkomaniya hər şeydən əvvəl insanların sosial mühitə adaptasiyasında problemlər yaşanmasına şərait yaradır. Bir çox hallarda cəmiyyət tərəfindən qəbul edilməyən insanlar xilas yolunu narkotik maddələrin qəbulunda tapırlar. Onlar narkomana çevrilməklə, sanki dərd-qəmlərini unutmaq, bununla cəmiyyətdən heyif aldıqlarını düşünürlər. Bir qism insanlar sosial-iqtisadi çətinliyə dözməyərək, narkotik maddələrin qanunsuz ticarəti ilə pul əldə etməyə meyllənirlər. Psixoloji araşdırmalar başqa bir maraqlı məqamı da üzə çıxarıb.
Bu gün Azərbaycanəhalisinin sayı ölkəmizdə demoqrafik vəziyyətin qonşu ölkələrdən daha yaxşı olduğunu göstərir
Ölkədə həm iqtisadiyyatımız, həm valyuta ehtiyatlarımız, həm də əhalinin sayının artdığını deyən ölkə başçısı bildirib ki, son məlumata əsasən, artıq Azərbaycanın əhalisi 9,3 milyon nəfərə çatıb: “Bu gün əhalinin sayı 9,3 milyondur, amma bir neçə ildən sonra olacaq 15 milyon, 20 milyon. Yəni bu proses gedir və gedəcək. Biz indidən müəyyən əlavə tədbirlərin görülməsi ilə bu prosesi daha da stimullaşdırmalıyıq”. Bu sahədə Ermənistanın problemlə üzləşdiyini vurğulayan ölkə başçısı onu da bildirib ki, onların rəsmi statistikasına görə, ilin ilk beş ayında 80 min nəfər ölkəni həmişəlik tərk edib: “İlin sonuna qədər bu rəqəm təqribən 170, 200 minə çatacaq. Beləliklə, bir neçə ildən sonra ümumiyyətlə, orada demoqrafik vəziyyət həlledici məqama çevriləcək. Təsadüfi deyil ki, son çıxışlarımda mən bu məsələyə xüsusilə diqqət yetirirəm. Azərbaycanda demoqrafik vəziyyət yaxşıdır, müsbətdir, təbii artım var. Ancaq hesab edirəm ki, bu artım daha da güclü olmalıdır. Bu artımı stimullaşdırmaq və əhalinin artımını təmin etmək üçün yəqin ki, əlavə tədbirlər görülməlidir”. Ölkə başçısının sözlərinə görə, bu, nəinki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli üçün lazımdır, ümumiyyətlə, gələcək üçün lazımdır. Güclü olmaq üçün güclü iqtisadiyyat, hərbi sənaye potensialı və böyük əhali lazımdır: “Ona görə biz bu məsələ ilə bağlı ciddi məşğul olmalıyıq. Bu günə qədər bu proseslər təbii xarakter alırdı. Sadəcə olaraq ölkə iqtisadiyyatı artdıqca təbii artım da, necə deyərlər, daha da sürətli idi. Biz statistik rəqəmlərdə bunu görürük.