Suriya Kofi Annanın sülh planını qəbul etdi

Sülh planı yaralıların təxliyyəsini və humanitar yardımların çatıdırlması üçün Suriya qüvvələrinin gündə iki saat atəşkəs rejimi tətbiq etməsini və siyasi həll üçün hərtərəfli görüşlərin təşkil edilməsini nəzərdə tutur.
Qeyd edək ki, Kofi Annan Suriyadakı vəziyyəti müzakirə etmək üçün əfər etdiyi Çində danışıqlara başlayıb. Pekində Çinin xarici işlər nazirliyinin rəsmiləri ilə görüşdən sonra Kofi Annan bu ölkənin baş naziri Ven Çzyabao ilə də görüşüb. Çinin baş naziri ölkəsinin Kofi Annanın sülh təşəbbüslərini dəstəklədiyini bildirib.
"Biz sizin vasitəçilik təşəbbüslərinizə inanırıq və bu təşəbbüslərin Suriya məsələsinin həllində irəliləyişə gətirib çıxaracağına və problemin tam və hərtərəfli həll olunacağına inanırıq." - deyə, Ven Çzyabao bildirib.(anspress.com)