Layihə çərçivəsində keçirilən sorğu barədə
“Açıq Cəmiyyət İnsnitutu” Yardım Fondunun maliyyə dəstəyi ilə “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” Mərkəzinin həyata keçirdiyi “Rеgionların sosial-iqtisadi vəziyyətinin öyrənilməsi və onun inkişafı üçün həyata keçirilən tədbirlərin tədqiqi və bu proseslərdə ictimaiyyətin rolunun artırılması” layihəsi çərçivəsində sosiloji-tədqiqat işi nəzərdə tutlmuşdu. Tədqiqat işinin məqsədi reqionların sosial-iqtisadi vəziyyətinin öyrənilməsi, regionların inkişafını nəzərdə tutan “Azərbaycan Respublikası rеgionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramı (2004-2008-ci illər) çərçəvəsində həyata keçırılən tədbirlərin müəyyənləşdirilməsi və mövcud vəziyyəti qiymətləndirərək təhlil aparilmasıdır.