2011-ci ildə Avrointeqrasiya üzrə Ekspert Komitəsinin fəaliyyət prioritetləri müəyyən olunub
2011-ci ildə Avrointeqrasiya üzrə Ekspert Komitəsinin fəaliyyət prioritetləri müəyyən olunub |
|
|
|
Wednesday, 19 January 2011 2011-ci ildə Avrointeqrasiya üzrə Ekspert Komitəsinin fəaliyyət prioritetləri müəyyən olunub Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsində (AAİMİK) gender məsələləri üzrə yeni, sayca 4-cü işçi qrupu yaradılıb. Bu qərar yanvarın 18-də AAİMİK-in ümumi iclasında qəbul olunub. Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin rəhbəri Mehriban Vəzir qrupun koordinatoru seçilib.Həmçinin qrupa Rəhman Bədəlov, Əli Abbasov, İradə Cavadova, Sahib Məmmədov və Toğrul Cuvarlı daxildir. AAİMİK-in koordinatoru İlqar Həsənli Turan-a bildirib ki, yaxın günlərdə qrup 2011-ci ildə fəaliyyətinin prioritetlərini müəyyən edəcək. Həmçinin digər üç qrupun iş istiqamətləri müəyyən olunub. Belə ki, iqtisadi inteqrasiya üzrə qrup (koordinator Qubad İbadoğlu) Azərbaycanın ÜTT-ya qəbulu məsələsi ilə məşğul olacaq. |